Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsanlıq dərsi

Sinif səs-küydən dağılarkən, bir sərt görünüşlü müəllim içəri girir, sinifə bir qaş-qabaqlı baxış keçirib kürsüyə keçir. Təbaşirlə löhvəyə "1" rəqəmi yazır.
"Baxın" - deyir: "Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey."
Sonra "1"-in yanına "0" yazır: "Bu uğurdur. Uğur qazanmış insan 1-i 10 edir."
Bir "0" da artırır: "Bu təcrübədi. 10 olduğunuz vaxt 100-ü qaldırar sizi."
Beləliklə, "0"-lar uzanıb gedir.
"Bacarıq... Ciddiyyət... Sevgi..."
Əlavə olunan hər "0"-ın insanı 10 dəfə daha artıq zənginləşdirdiyini uşaqlara izah edir. Sonra əlinə silgini alır və ən başdakı "1"-i silir. Demək istədiyi son fikri çatdırır:
"İNSANLIĞINIZ YOXDURSA,O BİRİLƏR HEÇ BiR MƏNA VERMƏZ."


Tarix: 01.12.2014 / 14:40 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqli Hekayeler
loading...