Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəyərli olanın dəyərini sadəcə "usta"sı anlar

Vaxtilə bir müdrik illərcə yanında yetişdirdiyi şagirdinin səviyyəsini öyrənmək istəyər. Onun əlinə çox parlaq və sirrli görünüşə sahib iri bir daş verib: "Oğlum" deyər, "Bunu götür, qarşına çıxan dükanlara göstər, nə qədər pul verdiklərini soruş, ən sonda da zərgərə göstər. Heç kimə satmadan yalnız qiymətlərini və nə dediklərini öyrən, gəl mənə bildir.
Şagird əlindəki ilə ətrafındakı dükanları gəzməyə başlar.
Əvvəlcə bir baqqal dükanına girər və "Bunu neçəyə götürərsiniz?" deyə soruşar.
Baqqal parlaq bir muncuğa bənzətdiyi daşı əlinə alar; o yan-bu yana çevirər;sonra: "Buna bir tək lirə verərəm. Bizim uşaq oynasın" deyər.
Daha bir dükana gedər. O da parlaq bir daşa bənzədib, ancaq bir beş lirə verməyə razı olar.
Üçüncü dəfə bir dərziyə gedər: Dərzi daşa belə bir baxar, "Bu deyər "mənim tikdiklərim üçün yaxşı bəzək olar. Bundan "qaş dediyimiz bəzəklərdən edərəm. Buna bir on lirə verərəm."
Ən son olaraqda şagird bir zərgərə gedər. Zərgər şagirdin əlindəkini görəndə yerindən atılar. "Bu qədər qiymətli bir brilyantı, ləl-cəvahiratı haradan tapmısan?" deyə heyrətlə qışqırar və dərhal əlavə edər. "Buna neçə lirə istəyirsən?" Şagird soruşar: Siz nə verirsiniz?" "Nə istəyirsənsə verərəm."
Şagird, "Xeyr verə bilmərəm." deyə daşı götürmək üçün uzanınca zərgər yalvarmağa başlar:
"Nə olar bunu mənə satın. Dükanımı, evimi, hətta torpaqlarımı verərəm."
Şagird əmanət olduğunu, satmağa səlahiyyətli olmadığını, ancaq qiymət öyrənməsini istədiklərini izah edənə qədər bir xeyli dil tökər.
Ləl-cəvahiratı götürüb zərgərdən çıxan şagirdin başı qarmaqarışıq olar. Bu cür qarışıq düşüncələr içində geriyə dönməyə başlar. Bir tərəfdə əlindəki
daşa üzünü büzüşdürərək 1 lirə verib onu oyuncaq olaraq görənlər, digər tərəfdə də ləl-cəvahirat deyə adlandırıb buna sahib olmaq üçün hər şeyini verməyə hazır olan və hətta yalvaran kəslər..
Müdrikin yanına qayıdan şagird, böyük bir çaşqınlıq içində başından keçən ehvalatı danışmağa başlayar.
Müdrik soruşar: "Bu qarşılaşdığın vəziyyətləri izah edə bilərsənmi?"
Şagird: "Çox təəccübləndim, nə deyəcəyimi bilmirəm,başım qarmaqarışıqdır" deyə cavab verir.
Müdrik çox qısa cavab verir: "Bir şeyin qiymətini ancaq onun dəyərini bilən anlar və o dəyərini bilənin yanında qiymətlidir."
Hər insanın həyatında onun varlığını və dəyərini bilən, hiss edən, fərq edən zərgərlər mütləq vardır.Əsas məsələ həmin zərgəri tapmaqdadır...


Tarix: 01.12.2014 / 15:08 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqli Hekayeler
loading...