Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vicdan əzabı...

1993-cü ilin mart ayında Cənubi Afrikalı fotomüxbir Kevin Karter Sudanda vətəndaş müharibəsinin gətirdiyi aclığı çəkmək üçün bu ölkəyə getdi. İlk şəkillərini Ayod adlı bir kənddə çəkdi. Mənzərə həqiqətən də çox dəhşətli idi. Hər saatda orta hesabla 20 adam ölürdü.

Kevin Karter şəkil çəkəndə birdən bir kolluğun dibində yatan balaca qız gördü. "Qarnı kürəyinə yapışan" bu balaca qız ölümünü gözləyirdi. Bu əlbəttə ki, bir fotomüxbir üçün "qeyri-adi" fürsət idi.

dünyanın ən maraq doğuran şəkillərindən biri

Qızın şəklini çəkmək istəyirdi ki, 5 metr aralıya bir kərkəs qondu. Karter "daha təsirli" bir kadr almaq üçün 20 dəqiqə kərkəsin qanadlarını açmasını gözlədi. Ancaq nə qədər gözləsə də, kərkəs qanadlarını açmadı. Nəhayət, Karter balaca qızı kərkəslə eyni kadrda çəkdi. Şəkli çəkəndən sonra isə Karter kərkəsi qovdu. Sonra Karter bir ağacın altında oturdu və ağlamağa başladı. Çünki gözünün qarşısına balaca qızı Meqan gəlmişdi.

Bir neçə gün sonra Karter ölkəsinə qayıtdı. Çəkdiyi şəkil "Nyu York Tayms" qəzetinin 26 mart 1993-cü il cümə sayında çıxdı. Şəkil qəzetdə çıxan kimi böyük əks-sədaya səbəb oldu və Afrikanın şəkdiyi acıların simvoluna çevrildi. Dünyada az qala bütün qəzetlər bir-birinin arxasında bu şəkli dərc etdilər. Bir tərəfədən də qəzetə gələn zənglərin ardı-arası kəsilmirdi. Zəng edənlərin hamısı təkidlə kərkəsin yanındakı balaca qızın sonrakı taleyini soruşurdu.

Çox keçmədi ki, Karter bu şəklə görə məşhur Pulitser Mükafatını aldı. Bəs sonra? Sonra Karter çarəsiz qızı orada köməksiz qoyduğu üçün vicdan əzabından öldü. Və Karter öləndə onunla bu hadisə arasında cəmi 2 ay var idi. Ölümündən əvvəl isə Karter bir dostuna balaca qızı yaxınlıqdakı yardım düşərgəsinə aparmadığı üçün özünü bağışlamaya bilməyəcəyini demişdi...


Tarix: 01.12.2014 / 14:39 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Maraqli Hekayeler
loading...