Sən Sənə ədəblə gələni geri çevirməzsən, dualarımızı salehlərin duası et...
Dünən yuxu, sabah isə xəyaldır. Dünəni sevincli sabahı isə ümidli edən bugündür. Ona görə yaxşı bax bugünə acıda olsa gülümsə...
Dostuna bütün sirlərini açma, bir gün həyat onu sənə düşmən edər, peşman olarsan. Düşmənçilikdə pərdəni yırtma, bir gün gələr dostlaşarsan, xəcalət çəkərsən...
Hər bir ağacın bir meyvəsi var, qəlbin meyvəsi də övladdır.
Dostlarının qəlbini qırmaqla düşmənlərinə xidmət etmiş olarsan.
Qız övladı 'Rəhmət' oğlan övladı 'Nemət'dir.
ALLAH Nemət üçün sorğu-sual edər, Rəhmət üçün mükafatlandırar...
Bir insan Allah rızası üçün Quran oxuduğu zaman, bir Mələk gələr və onun alnından öpər...
Əsl yetim anadan və atadan məhrum olan deyil, ağıldan və vicdandan məhrum olandır...
Pislik etdinmi qorx, çünki o bir toxumdur, Allah yaşillaşdirar qarşina çixarar...
Bəzi insanlar yaşadığı çətinlikləri bəhanə edib Allah'dan uzaqlaşır...
Bəziləri də yaşadığı çətinlikləri vəsilə edib Allah'a yaxınlaşır...
Qadınların haklarını pozanda Allahdan qorxun.
Çünki siz onları Allahdan əmanət olaraq aldınız...
Heyrət edirəm o kəsə ki, xəstəlik qorxusunu bilib yeməkdən pəhriz saxlayır,
Cəhənnəm qorxusunu bilib günahdan pəhriz saxlamır...
Ey Ağam! Öz günahlarıma baxıram, qorxuram.
Sənin bağışlamağına baxıram, (ümidə) tamahlanıram...
Allahın Peyğəmbəri (s): «Hər şeyin şərəf və hörməti var, oturuşların ən şərəflisi isə üzü qibləyə olanıdır».
Ölüm məhv və puç olmaq deyil, həyatın dəyişməsidir, həqiqətdə yeni bir həyatdır...
Bir insan acı duya bilirsə canlıdır; Bir insan başqasının acısını hiss edə bilirsə, insandır.
Tarix: 03.12.2014 / 17:16 Müəllif: Aziza Baxılıb: 119 Bölmə: Maraqlı melumatlar