Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oruc səbrin yarısıdır

Oruc tutmağın bir çox maddi və mənəvi faydaları var. Bunlardan bəziləri belədir:

Oruc - insan nəfsinin həddindən artıq istək və ehtirasına mane olur. Oruc tutanlar daha səbrli və mətin olurlar.

Peyğəmbərimiz: "Oruc səbrin yarısıdır", deyə buyurub və eyni zamanda peyğəmbərdən gələn hədisdə bildirilir ki, "Səbr imanın yarısıdır".

İlin digər aylarında mütəmadi çalışan və yorulan mədə oruc vasitəsilə dinlənmək imkanı tapır. Oruc, cəmiyyətin əxlaqi həyatını dəyişdirir.

Varlılar oruc sayəsində kasıb və yoxsulların vəziyyətini daha yaxşı anlayır. Beləliklə, fərdlər arasında bir-birinə kömək etmək, şəfqət və mərhəmət duyğuları inkişaf edir.

İlahi bir əmr olduğu üçün Ramazan ayında da özünə halal olan şeyləri etməyən bir şəxs heç vaxt harama yaxınlaşmaz. Bunlardan başqa orucun bir çox dini faydaları var:

3082 - Hz. Əbu Hüreyrə (r.a) izah edir: "Rəsulullah (s.a.s) buyurdular ki: "Xeyr əməllər ən azı on misliylə yazılar, bu, yeddi yüz mislinə qədər çıxar. Allah Təala Həzrətləri (Qüdsinin hədislərində) belə buyurub:

"Oruc bu qaydadan xaricdir. Çünki o sırf mənim üçündür, mən də onu (dilədiyim kimi) mükafatlandıracağam. Qulum mənim üçün şəhvətini, yeməyini tərk etdi."

"Oruclu üçün iki sevinc var: Biri, orucu açdığı zamanki sevincidir; digəri də Rəbbinə qovuşduğu zamanki. Oruclunun ağızından çıxan qoxu, Allahın yanında müşk qoxusundan daha xoşdur".

3104 - Hz. Aişə və Hz. Hafza (r.a) buyurdular ki: "Yalnız şəfəqdən əvvəl niyyət edənlərin orucu mötəbərdir''.

"Bir kimsə Ramazanın fəzilətinə inanaraq və mükafatını Allahdan umaraq oruc tutsa, keçmiş günahları bağışlanar".


Tarix: 03.12.2014 / 16:45 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar
loading...