Bizim etiqadımıza əsasən Qiyamət günü, əməl namələrimizi (nameyi-əməl)−yaxşı və pis
əməllərin yazıldığı kağız-səhifələr) əllərimizə verərək, etdiyimiz işlərə görə sorğu-sual edəcəklər.
Yaxşı əməl sahiblərinin əməl kağızını, onların sağ əlinə, pis əməlli insanların
əməl naməsini isə sol əlinə verəcəklər. Saleh möminlər öz əməl namələrini oxuduqda
çox şad, lakin pis insanlar isə əməl namələrini oxuduqda narahat olacaqlar.
Əl-haqqə surəsi, 19-25-ci ayələrdə oxuyuruq: Nameyi-əmalı sağ əlinə verilən kəs deyər:
“Mənim naməmi alın oxuyun! Mən qəti bilirdim ki, öz hesabımı görəcəyəm”
O gözəl bir yaşayışda olacaqdır!... Lakin hər kəsin nameyi-əmalını sol əlinə versələr, deyər;
“Kaş mənim naməmi əlimə verməyəydilər! Və bilməyəydim mənim hesabım nədir.”
Amma nameyi-əmal nədir? Necə bir yazıdır ki, heç kəs onun möhtəvasını inkar edə bilməz?
Bütün bunların həqiqəti bizə tam şəkildə aydın deyildir. Əslində, əvvəldə işarə etdiyimiz kimi
məad və Qiyamətin bir çox həqiqətlərinin, xüsusiyyətlərinin bəzi məsələləri bizə tam aşkar deyildir.
Və onları olduğu kimi anlamaq qeyri-mümkündür. Amma ümumi surətdə, biz, Məad
və Qiyamətin hadisələrindən (məlumatlıyıq) xəbərdarıq.
Tarix: 03.12.2014 / 15:17 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı melumatlar