Bismilleh
Velhemduliilleh
Ve salavatullah.
Eziz Muselmanlar! Huseyn eleyhissalam ardicili olmaq ucun ashagida yazilanlari ozumuzde cemlemeliyik.
Sual: Övladların iffətli olmasında?
valideynlərin rolu nədən ibarətdir
Cavab: İffət ən mühüm məsələlərdəndir. Onun
zəruriliyi zaman, məkan, irq, millət, inkişaf,
tərəqqi və mədəniyyətlərlə məhdudlaşmır,
onlara bağlı deyil. Heç bir amil onun zəruriliyi
qarşısında dayana bilməz. Elə bu səbəbdən
məsələnin daha da aydınlaşması üçün iffət
sözünün izah olunması lazımdır. “İffət” lüğətdə
insanın özünü halal olmayan qarşısında
saxlaması, qoruması mənasındadır. (Fərahidi,
Xəlil bin hməd, l-Uyun, Qum, Osve, 1383, c.
2, s. 1238) İffət sözünün terminoloji mənası
nəfsdə şəhvətin nəfsə qalib gəlməsinin
qarşısını alacaq halların yaradılması, əldə
olunmasından ibarətdir. (Rağib İsfəhani,
Müfrədate əlfaze Quran) Rəvayətlərdə iffət
kəlməsi daha çox cinsi istəklər və yeyib-içmə
meylləri qarşısında qorunmaqla bağlı işlənib.
(Hüseyni Dəşti, Mustafa, “Məaref və məarif”,
Qum, İsmailyan, c. 4, s. 1568) xlaq alimləri
iffət sözünün tərifi barəsində deyirlər: İffət
yeyib-içmək və cinsi istəklərə aid işlərdə şəhvət
qüvvəsinin ağla tabe olmasıdır. (N'raqi,
Məhəmməd Mehdi, “Cameus-səadat”, Qum,
(“Darut-təfsir”, 1376, c. 1, s. 259
İffət kəlməsi təqva, həya kimi ifadələrlə yanaşı
işlənir. Lakin onlarla eyni mənada deyil. Təqva
yəni nəfsi qorxduğundan qorumaq. (Rağib
İsfəhani, Müfrədate əlfaze Quran, c. 1, s. 881)
Həya nəfsi pis işlərdən saxlamaq, çəkindirmək
və əməllərin iyrəncliyinə xatir onları tərk etmək
kimi mənalandırılıb. (Həmin mənbə, s. 270)
Lakin iffət yalnız cinsi istəklər və qarın ilə bağlı
mənalandırılır. Bu iki meyllə bağlı təqva iffət
.qəlibində, onun daxilində təzahür edir
Ümumi olaraq iffət insanın meyllərini
öldürməsi, məhv etməsi mənasında deyil.
ksinə iffət yəni şəhvətdə orta həddə riayət
etmək. Bu cavabda da
ha çox cinsi baxımdan
.iffətli olmağın yolları barəsində danışılır
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 303 Bölmə: Maraqlı melumatlar