Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pornoqrafiyaya Baxmaqvərdişindən Necə Azadolum?

Aşağıdakıları edə bilərsən:
Pornoqrafiyanın nə olduğunu başa düş.
Pornoqrafiya vasitəsilə Şeytan Allahın təmiz və
ləyaqətli hesab etdiyi işi murdarlamaq niyyətini
güdür. Bunu anlamaq sənə «şərə nifrət» etməyə
kömək edəcək (Zəbur, Məzmur 97:10).
Nəticələri haqda düşün. Pornoqrafiya onun
səhnələrində iştirak edən insanların ləyaqətini
alçaldır. Ona baxanları pozğun edir. Elə buna
görə də Müqəddəs Yazılarda deyilir: «Uzaqgörən
qabaqcadan şəri görüb ondan qaçar, cahil isə
irəli çıxar, ziyan tapar» (Süleymanın məsəlləri
22:3).
Özünə söz ver. «Gözlərim üçün əhd etmişəm,
gözüm bir qıza baxarmı?» — saleh Əyyub deyir
(Əyyub 31:1). Bəs sən özünlə hansı «əhdləri»
kəsə bilərsən? Bəziləri bunlardır:
Tək olanda İnternetə girməyəcəyəm.
Gözlənilmədən açılan erotik saytları
bağlayacağam.
Əgər birdən yenə pornoqrafiyaya baxsam,
yetkin bir dostumla bu haqda söhbət
edəcəyəm.
Allahdan kömək dilə.
«Qoyma gözlərim fani
şeylərə baxsın, Öz
yolunda mənə həyat
bəxş et», — deyə
məzmurçu Allaha duada
yalvarırdı (Zəbur,
Məzmur 119:37). Allahın
istəyi budur ki, sən də
pis vərdişə qalib
gələsən. Əgər Ondan
kömək diləsən, bundan
yaxa qurtarmaq üçün O,
sənə güc-qüvvə verəcək
(İncil, Filipililərə 4:13).
Bu haqda kiminləsə
danış. Problemini
başqası ilə bölüşməklə
bu vərdişin öhdəsindən gəlməkdə ilk addımı
atmış olacaqsan (Süleymanın məsəlləri 17:17) .


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Maraqlı melumatlar
loading...