Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dini Sual Cavab

Sual:Deyilənə görə qaş aldırmaq günahdır. Bunun İslama əsasən hökmü nədən ibarətdir? Ərdən icazə almaqla da bir əlaqəsi var?

Cavab: “Həzrəti peyğəmbərdən (s. a. v.) rəvayət edilən bəzi hədislərə görə üzdəki tükləri yolmaq, qaşları aldırmaq və kiprikləri uzatmağın şəri hökmü İslam alimlərini bir xeyli məşğul edib.

Belə ki, həzrəti peyğəmbər (s. a. v.) bir hədisində: “Allah üz tüklərini yolan və yolduran qadına lənət etsin”, – demiş,1 bu qadağanın hansı növ hərəkətləri əhatə etməsi məsələsi İslam hüququ mütəxəssislərinin arasında mübahisəyə çevrilmişdir.

Alimlərin əksəriyyətinin fikrincə, qadının əri üçün və onun icazəsi ilə üzündə bitən tükləri almağı, makiaj etməyi, hətta qaşını düzəltməyi caizdir (yəni, olar). Onların fikrinə əsasən hədisdəki qadağa isə qadının insanların arasına çıxmaq üçün üzündəki tükləri yolmağı və qaşını aldırmağı ilə əlaqədardır. Malikilər də daxil olmaqla bəzi alimlər isə bunu yaradılışı dəyişdirmək cəhdi kimi qiymətləndirdiklərinə görə nə cür olursa olsun, caiz hesab etmir və ya məkruh kimi qəbul edirlər.

''Hədisdə qadağan edilən tük qopartmaq ifadəsini üzdə sonradan bitən və üzü eybəcərləşdirən tükləri qoparmaq kimi deyil, qaşları nazikləşdirmək və ya yuxarı qaldırmaq üçün qaşdakı tükləri yolmaq kimi anlamaq daha düzgün görünür”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar
loading...