Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha Israrla Dua Etmək..

Deyerler.org: Şeytanın yolları müxtəlifdir. İblis bəndənin Allahla rabitəsini kəsmək istəyir, bəndənin Allaha bağladığı ümidi piç etmək istəyir. Bunun üçün də müxtəlif vasitələrdən istifadə edir. Bir dəfə bəndənin zehninə təlqin edir ki, “”nə qədər dua etməlisən ki? Heç sənin duaların qəbul olunmur? Bir dəfə dedin bəsdir. Allah istəsəydi, indiyə qədər verərdi”. Bu, şeytandır. (Ayətullah Müctəba Tehraninin Ramazan ayında etdiyi xütbələrdən). İnsan Xaliqlə məxluğu müqayisə etməməlidir. Allah bunu bəyənmir ki, əgər mən çətinliyə düşmüşəmsə, əvvəl mənim kimi bir məxluqun yanına kömək üçün gedəm. Bəlkə əksinədir. Allah sevir ki, ilk növbədə bəndəsi

Ondan kömək diləsin. Bəziləri deyilrər ki, Allahım! Sən buyurmusan ki, çətinliyin olan zaman ilk növbədə Mənə müraciət et ki, dualarınızı yerinə yetirəm. Mən indi Sənin evinə getdim və orada dua etdim. Bəs niyə mənim dualarımı qəbul etmirsən?

İnsan bu cür varlıqdır ki, bir dəfə dua etməklə hər şeyin olmasını istəyir. Ancaq insan etdiyi duaya görə israr etməlidir. Məsələn, əgər hansısa bir işimiz bir başqa insana düşübsə və bilirik ki, o, bu işi görə bilər. O zaman bu işi görməsi üçün ona dəfələrlə bunu xatırladırıq. Əgər başımı aşağı salıb, getsəm, bu işim düzəlməyəcəkdir. Ancaq əgər bu istəyimi dəfələrlə ona xatırlatsam, bu zaman çətinliyimin həll olması üçün ümid olar. Biz insanlar beləyik. Allah üçün də belədir. Yəni, Allah da sevir ki, bəndəsi Ona dəfələrlə müraciət etsin və Ondan istəsin. Hədislərdə oxuyuruq ki, Allah buyurur ki, Mənim bəndəmin səsindən xoşum gəlir. Onu da deməliyəm ki, Allah vaxtında verəndir və hər şeyi hesab edərək, edir. İmam Sadiqdən (ə) belə bir hədis vardır: “Allahın, insanların bir-birinə xahişlərində israr etmələrini xoşlamır. Bunu sevir ki, o zaman ki, məhzərinə gedirsən, davamlı olaraq, israr edəsən. Allah sevir ki, Allah yanında olana görə istəyəsən və tələb edəsən”. Allahın yanında olan dedikdə burada o şey ki, Allah qüdrətindədir nəzərdə tutulur. Yəni, hər nəyi iradə edirsən, ona əməl edə bilər. Bəs nə Allahın yanında deyildir?

İnsanın istədiyi hacət gərək ağlabatan olsun. İstədiyi şey mümkün bir şey olsun. O şey ki, insan ona ehtiyac duyur, onu insana vermək Allahın qüdrəti altındadır. Elə bir şey yoxdur ki, Allah ona qadir olmasın. Bütün işlər Onun qüdrəti altında yerinə yetirilir. Allah buyurur: “Mən sevirəm ki, yanımda olanlara görə Məndən istəyəsiniz”. Yəni hər nə istəsən, sənə verəcəyəm və hər nəyə ki, ehtiyacın var, xoşlayıram ki, Məndən istəyəsən.

“Cövşən Kəbir” duasında belə bir dəyərli kəlmə vardır: “Zehninə gəlməsin ki, Allahın israr etməkdən, təkid etməkdən xoşu gəlmir. O, dua məsələlərində yorulmaz”. Peyğəmbəri-Əkrəm (s) bir duanı bir neçə dəfə təkrar edərdi. Hədisdə oxuyuruq: “Peyğəmbər (s) o zaman ki, dua
edərdi, onu üç dəfə təkrar edərdi. Nə zaman nəyisə istəyirdi, onu üç dəfə təkrar edərdi”. Başqa bir hədisdə Abdullah ibni Məsud nəql edir: “Peyğəmbərin (s) xoşuna gələrdi ki, duasını üç dəfə təkrar etsin. Üç dəfə bağışlanma diləyərdi”.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Əgər kimsə Allahdan üç dəfə behişti istəyərsə, behişt Allaha ərz edər: “Bari İlahi! Onu behiştə daxil et”. Bu hədisə əsasən üç dəfə dalbadal istəmək fəzilətlidir. “Əgər kimsə üç dəfə cəhənnəmdən Allaha pənah apararsa, cəhənnəm deyər: “Pərvərdigara! Ona cəhənnəmdən pənah ver”". Yəni, ona nicat ver.

Bu hədislərdən belə görünür ki, Allahdan bir hacəti istəyən zaman ən azı üç dəfə istəməliyik. Mömin dua emtəkdən yorulmamalıdır. Xüsusilə də duaların qəbul olunduğu vəd edilən müəyyən saatlarda. Əgər bu fürsət əldən gedərsə, bir daha əldə oluna bilməyəcəkdir. Allah heç bir zaman bu duaları eşitməkdən yorulmaz, yorulan şeytandır.

Duanın tez bir zamanda həyata keçməsi üçün lazım olan şərtlərdən biri də odur ki, şəxs başqası üçün dua etsin. Qədr gecələri başqaları üçün dua edək. Xüsusilə də o kəs ki, bizə pislik etmişdir, ona dua etmək bizi özümüz üçün istədiyimiz hacətin tez bir zamanda həyata keçməsi üçün zəminə yaradar. Əgər özün üçün istəsən, belə tezliklə sənə verilməz. Ancaq əgər başqası üçün istəyirsənsə, Allah sənin hacətini tez bir zamanda yerinə yetirər.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 171 Bölmə: Maraqlı melumatlar
loading...