1. Həmd surəsi
(Məkkədə nazil olmuşdur, yeddi ayədir)
1. Bağışlayan və mehriban Allahın adı ilə.
2. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, mütləq hökmdarı və yaradaraq nəzmə salanı olan Allaha məxsusdur.
3. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) Rəhimli və mehriban Allaha.
4. Cəza gününün sahib və hökmdarına.
5. (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6. Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et.
7. (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar