Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

EN GÜCLÜ İNSAN NECE İNSANDİ?

Müsəlmanın həyatı Allah və Rəsulunun razı olduğu bir şəraitdə keçəcək əlbət. Bunun üçün də İslam dinimiz həyatımızın, davranışımızın necə olmasını istəyirsə, eləcə də hərəkət etməkdə mükəlləfik. Dinimiz sadəcə ibadətlə kifayətlənməyib, bununla yanaşı əxlaqımızı, davranşlarımızıda müəyyən çərçivədə dəyərləndirməyitələb edir.

Ətrafımızda insanların necə səbrsiz və təmkinsiz olduğunu görürük. Adi bir rahatsızlıq kifayətdir ki, bir qardaşımız özündən çıxsın. Hətta bu səbrsizlik ona gətirir ki, iki müsəlman müəyyən dünyəvi və dini məsələdə fərqli mövqedə olduqda səslər yüksəlir, danışıq tərzi sərtləşir, iki qardaşı bir-birindən qəlbən və nəfsən kənarlaşdıracaqdavranışlar olur. İki qardaş bir-birinin xırda səhvlərini güzəşdə getməyi bacarmalıdır.

Uca Allah buyurur:

وَلَمَنْ صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ الْأُمُورِ

"Hər kim səbr edib bağışlasa, şübhəsiz ki, bu məqsədə uyğun işlərdəndir." əş-Şura, 43

Elə müşahidələrimizolmuşdur ki, fərqli məzhəbə sahib olan şəxslər dini mövzuda söhbət edərkən öz fiziki gücləri nisbətində öz danışıqlarını qururlar. Batil bir məntiqə uyğun olaraq, "Güclü kimdirsə, haqlı da odur" düşüncəsi düşüncələrdə hakimdir. İnternet məkanında isə insanın daxili senzurası zəif olduğundan bu davranış təhqir və söyüşlə əvəz olunur ki, bu nəfsə uymanın təzahürüdür.

Uca Allah buyurur:

أَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَٰهَهُ هَوَاهُ أَفَأَنْتَ تَكُونُ عَلَيْهِ وَكِيلًا

"Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?" Furqan, 43

Nəfsi ilahlaşdırmaq kimi təhlükəli bir yolun üstündə olarkən, yegəna qurtuluş geri dönməkdir, yəni mübahisələrdən çəkinmək, bilmədiyini danışmamaq, bildiyini də gözəl bir şəkildə ifadə etmək, söhbət əxlaqı olmayanlarla müzakirə aparmamaq və hər hansı müzakirə zamanı fiziki güc nümayiş etdirməklə üstün gəlmək istəyənlərə isə Allah Rəsulu-sallalahu aleyhi və səlləm-in bu kəlamını çatdırmaq:

Əbu Hureyrə-radiyallahu anhu-dan rəvayət edildiyinə görə Peyğəmbər-sallalahu aleyhi və səlləm-belə buyurur:

"Güclü insan, insanları güləşdə yenən deyil, əsəbləşdiyi vaxt özünə hakim olandır"

(Buxarı, Ədəb 102; Muslim, Birr 106


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 44 Bölmə: Maraqlı melumatlar
loading...