Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Our Azanla Namaz Arasi Qederdir

Oxusanız sevinərəm..
Nəvəsi, pambıq kimi dümağ saqqallı, nur üzlü babasından maraqla soruşur :
"Baba! Bir insanın ömrü nə qədər olar?"
Baba şirin bir təbəssümlə:
"Azanla namaz arası qədər balam." dəyincə, nəvə: "Necə yəni, ömür bu qədər qısadır?" deyər.
... Baba: "Bəli balam. ömür, namazsız azanla, azansız namaz arası qədərdir." deyə cavab verər.
... Nəvə yenidən soruşar: "Namazsız azan və azansız namaz sözlərindən nə nəzərdə tutduğunu anlamadım baba. Bu nə deməkdir, açıqlayarsanmı?"
Baba şəfqətlə əllərindən tutduğu nəvəsinə: "Bax balam, bu yaxınlarda qonşumuzun uşağı doğuldu. Uşağın qulağına azan oxundu deyilmi? Bax, o azanın namazı qılındımı? Qılınmadı. O azan "Namazsız azan" idi. İnsan öldüyü zaman qılınan cənazə namazının da azanı yoxdur. O da "Azansız namaz"dır. Əslində o namazın azanı insan şərqincə oxunmuşdu qulağına. "Bax ey insan! Doğuldun, amma öləcəksən, ömür tez bitər, həyatını yaxşı dəyərləndir. Boşa vaxt xərcləmə!" xəbərdarlığını edirdi o azan.
Gördün balam,ömür AZANLA NAMAZ ARASI QƏDƏRDİR. Əsla ömrünü boşa keçirmə, dolu dolu yaşa, bir nəfəs belə boşluq buraxma!.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar
loading...