Dində normal, vulqarizm və bayağılıqdan uzaq zarafat müsbət qarşılanır. Sevimli İslam peyğəmbərinində (s.a.a.s) bəzi hallarda zarafat etməsi qeydə alınıb.
Zarafatla əlaqədar bir neçə hədisi sizə təqdim edirik:
Allahın Peyğəmbəri (s.a.a.s): «Mən zarafat edirəm, ancaq haqqdan başqa bir şey demirəm.»
Allahın Peyğəmbəri (s.a.a.): «Mömin şən və zarafatcıl, münafiq isə qaşqabaqlı və acıqlı olar.»
«Tənbihul-Xəvatir»: Bir qoca qarı Peyğəmbərin (s.a.a.s) yanına gəldi. Peyğəmbər ona buyurdu: «Qocalar cənnətə getməz.» Qoca qarı ağladı. Həzrət buyurdu: «Həmin gün sən qoca olmayacaqsan. Allah-taala buyurub ki, «Biz onları yaradılası kimi yaratdıq və onları gənc qızlar edəcəyik.»
İmam Baqır (ə): «Allah, camaat arasında zarafat və məzəli söhbət edəni sevir. Bir şərtlə ki, (onda) söyüş olmasın.»
İmam Sadiq (ə): «Elə bir mömin yoxdur ki, onda «duabə» olmasın.» (Rəvayətçi deyir). Ərz etdim: «Duabə nədir?» Buyurdu: «Zarafatcıllıq»
İmam Baqir (ə) (Yunis Şeybaniyə xitabən): «Bir-birinizlə zarafat da edirsinizmi?» (Yunis deyir) Ərz etdim: «Bir az.» Buyurdu: «Belə etməyin. Çünki zarafat xoşbəxtlikdəndir və sən bu yolla qardaşını sevindirirsən. Allahın Peyğəmbəri (s.a.a.) kimsəni sevindirmək üçün onunla zarafat edərdi.»
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 76 Bölmə: Maraqlı melumatlar