Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat Yoldaşına Zülm Etmək – Allahın əmanətinə Zül

Dinimizin şiddətlə məzəmmət etdiyi
əməllərdən biri - zülmdür. Zalım insan
başqalarına zülm etməkdən əvvəl,
özünə zülm edər. İnsan əgər yaxşı iş
görərsə, əslində özünə yaxşılıq etmiş
olar. O kəs ki, yoxsulun əlindən tutar, özünə lütf etmiş olar. Həqiqətdə dünya
və axirətini abad etmiş olar. Allah ona
həm dünyada və həm də axirətdə
çoxlu mükafat verər.
O kəs ki, başqalarına zülm edər, dünya
və axirətdə zərər görmüşlərdən olar. Birinci dünya zərəri odur ki, dostunu
əldən verər və onu düşmənə çevirər.
Quran zülm etməyi çox məzəmmət
etmişdir. “Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır”. (“İbrahim” 22). “Bilin! Allahın lənəti olsun
zalımlara!” (“Hud” 18). “(Həmin) o gün(də) ki, zalımlara
üzrxahlıqları fayda verməyəcəkdir.
Onlar üçündür (Allahın) lənət(i) və
onlar üçündür xoşagəlməz
ev!” (“Ğafir” 52). “Allah zalımları sevmir”. (“Ali-İmran” 57). “Onlar üçün Cəhənnəmdən
(Cəhənnəm odundan) yataq və
başları üstündən (elə həmin oddan)
örtüklər vardır. Biz zalımları belə
cəzalandırırıq”. (“Əraf” 41). İmam Baqir (ə) zülmü üç dəstəyə
bölür: o zülm ki, Allah bağışlayar, o
zülm ki, Allah bağışlamaz və o zülm ki,
Allah onu boş buraxmaz. O şeyi ki,
Allah bağışlamır - Allaha şirkdir və o
şey ki, Allah bağışlayar - nəfsə zülmdür. O şeyi ki, boş buraxmaz -
bəndələrin bir-birinə olan haqqıdır.
Qiyamət günü zalımın yaxşı əməllərini
götürüb məzlumun əməl dəftərinə
yazarlar. Allah zalımı həmişə güdər və
onu bağışlamaz. Məzlumun yardımçısı olmadığı üçün daha təhlükəli
nəticələrə gətirib çıxardar.
İmam Baqir (ə) buyurur: “Atam, Əli ibni Hüseyn (ə) vəfat edən zaman
məni qucaqladı və buyurdu:
“Oğlum! Sənə atamın ölən zaman
mənə etdiyi vəsiyyəti edirəm.
Allahdan başqa yardımçısı olmayan
insana zülm etməkdən qorx”” . Ailədə də o cürdür. Heç bir ailə üzvü o
birisinə zülm etməməlidir. Əgər onların
ailəsi iman və əxlaq çərçivəsində
qurulubsa, şübhəsiz ki, bir-birinə zülm
etməzlər. O ailələrdə zülm olur ki,
onların evliliyi sərvət, mal və ya vəzifəyə görə qurulmuşdur.
İmam Sadiq (ə) buyurur: “Qızlarınız cavan möminlə ailə qursunlar. Əgər
qızınıza məhəbbət bəsləməsə də,
imanı icazə verməz ki, onunla pis
rəftar etsin”. Heç bir mömin və imanlı insan
başqasına zülm etməməlidir. Bu zülm
ilk növbədə onun özünə qayıdar. Əgər
bizə ailədə zülm edilibsə, güzəşt
etməyə çalışaq, əks halda biz də onun
kimi zalım olarıq. Onun kinini qəlbimizə salmayaq və Allahdan bağışlanmasını
istəyək. Allaha təvəkkül edib, Ondan
yardım istəyək. Ailənin başçısı
bilməlidir ki, qadınlar Allahın
əmanətidir və onlara zülm etmək -
Allahın əmanətinə zülm etməkdir. EYNI ZAMANDA QADINLARDA BILMELIDILER KI,ALLAHDAN SONRA ITAET ETMELI OLDUGLARI WEXS- ERLERIDIR.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar
loading...