Deyerler.org: İbadətdən, namazdan, Quran qiraətindən, duadan ləzzət almaq üçün bəzi zəminələrin və şərtlərin hazır olması zəruridir.
Mərifət və agahlıq.
İbadətin nə üçün və Kimin üçün etdiyimizin, ona qarşı olan dərk və mərifətimizlə sıx rabitəsi vardır. Yəni, hər bir ibadət edən bilməlidir ki, bu ibadəti nə üçün edir və Kimin üçün edir. Hər nə qədər bu sahədə elmi çox olarsa, insanın ibadətdən bəhrələnməsi və ləzzət alması da artar.
Sevinc.
Sevinc - hər bir işin müvəffəqiyyət rəmzidir. İbadəti yerinə yetirən zaman da sevinc hiss etmək laızmdır və ibadəti məcburi yerinə yetirməkdən çəkinmək lazımdır. İnsan namazı və ya başqa bir ibadəti sevinc və fərəh hissi ilə yerinə yetirməlidir, İlahi bir vacibat olduğu üçün məcburi deyil.
Həzrət Peyğəmbər (s) buyurur: “İbadətin bəlası - süstlükdür”. O ibadət ki, sevinc hissi olmadan yerinə yetirilərsə, nəinki çoxlu faydası olmaz, diqqətsizlik və ibadətdə yorğunluq kimi ziyanlar da gətirə bilər. Ona görə də ibadətin şirinliyini hiss etmək üçün İmam Əlinin (ə) bu sözlərinə qulaq asmaq lazımdır: “Öz nəfsinlə sülh bağla və zorla ibadətə məcbur etmə. Asudə vaxtında ibadətin sevinc və şənliyindən bəhrələn”.
“Nə zaman ki, qəlbin yola gedərsə, onu müstəhəbləri yerinə yetirməyə məcbur et. Nə zaman üz çevirsə, vacibatları yerinə yetirməsi ilə kifayətlən”.
Dünya sevgisindən uzaq olmaq.
Dünya sevgisi həmişə məzəmmət edilmiş bir mövzudur. İnsanı Allah dostluğundan saxlayar. Dəyərsiz şeylər gözündə dəyər kəsb edər. Axirəti insanın gözündə kiçik göstərər. Çox təəssüf ki, bu xüsusiyyət - ibadətdən ləzzət almağın ən böyük maneəsidir.
Nəfsani istəklərdən çəkinmək.
İmam Əli (ə) bu haqda buyurur: “O kəs ki, havayi-nəfsindən qalmır, ibadətdən necə ləzzət alsın ki?”. Ayətullah Cavadi bu haqda buyurur: “Allaha meyl fitridir. Ancaq bizim vücudumuzda şəhvət və qəzəb hissi də vardır. Adil insan bu iki qüvvəni nizamlayar. Ancaq cahil insan şəhvət və qəzəbi fitrətinə əmir seçər. Ona görə də fitrəti bu qüvvələrin arasında dəfn olunar. Basdırılmış fitrətdən də bir şey gözləmək olmaz. Əgər insan tövhidə meyl edən nəfsini dəfn edərsə, onun təsirini görməz. İbadətindən də ləzzət almaz”.
Haram tikədən çəkinmək.
Bunu nəzərə almaq lazımdır ki, haram tikə yeyən zaman nəinki ibadətdən ləzzət almazsan, bəlkə həmin ibadətin qəbul olmaz. Haram yemək insanı Allahdan uzaqlşadırar. İnsan Allahın lənətinə tuş gələr. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman haram tikə bəndənin daxilinə nüfuz edər, yer və göyün bütün mələkləri onu nifrin edərlər”.
Günahdan uzaq olmaq.
İbadət - fitri bir meyldir. İnsanın fitri onu ibadətə tərəf meyl etdirər. Ancaq insan günah işlədərək, bu meylin qarşısını almış olur. Ona görə də bu meyldən lazım olan qədər istifadə edə bilməz. Ancaq şəffaf bir fitrət ibadətdən ləzzət alar.
Quranla ünsiyyət bağlamağın yolları:
İnsan bunun üçün aşağıdakı mərhələləri keçməlidir.
1. Quranı öyrənmək. Peyğəmbər (s) buyurur: “Sizlərdən ən yaxşısı o kəsdir ki, Quranı öyrənər və onu başqalarına da öyrədər”.
2. Quranı oxumaq. İmam Sadiq (ə) buyurur: “O kəs ki, Quran oxuyar, əgər cavan mömindirsə, Quran onun ət və qanına qarışmışdır. Böyük və gözəlsifətli mələklərlə oturub-durar”. Həzrət Peyğəmbər (s) buyurur: “Öz evinizi Quranı tilavət edərək, nurani edin”.
Quran tilavətində lazım olan əməllərdən biri - misvak etməkdir. Peyğəmbər (s) buyurur: “Quranın yolunu pakizə saxlayın”. Soruşdular ki, Quranın yolu nədir? Buyurdu: “Ağızlarınız”. Soruşdular: “Necə?” Buyurdu: “Misvak edərək”.
3. Qurana əməl etmək. Peyğəmbər (s) buyurur: “O qədər insanlar olub ki, Quranı oxuyublar, ancaq Quran onlara lənət etmişdir”.
4. Quranı hifz etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Allah o qəlbə ki, Quranın qabıdır (məkanıdır), əzab verməz”.
Ona görə də Quranla sıx ünsiyyətdə olmaq və ondan ləzzət almaq üçün bu mərhələləri bir-bir keçmək lazımdır.
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar