Vəhhabilər mötəqiddirlər ki, nəzr ibadətdir və ibadət Allaha məxsusdur. Buna görə də Peyğəmbər, imam və imamzadə üçün nəzr etmək şirkdir. Bu əməl Peyğəmbər dövründəki muşriklərin əməllərinə oxşar olduğu üçün haramdır.
Cavab:- Düzdür insanlar nəzr etdikləri vaxt Peyğəmbər və imam üçün nəzr etdiklərini dilə gətirirlər. Amma bu nəzrdə müsəlmanlar nəzrin savabını onlara hədiyyə edirlər. Ayədə deyilir ki, “Həqiqətən sədəqə fəqirlərə məxsusdur” Yəni sədəqənin və zəkatın məsrəf yeri füqəradır. Həçinin əslində Allaha görə kəsilən nəzrin savabının ünvanı Peyğəmbər ya imamdır.
Peyğəmbər (s)-n zamanında Sə`d adlı bir nəfər ondan soruşdu:- Anam ölüb. Əgər mən sədəqə versəm savabı ona yetişəcəkmi?
Peyğəmbər (s) buyurdu:- Bəli yetişəcək.
O kişi bir quyu qazıb müsəlmanların ixtiyarında qoyb dedi:- Bu quyunu anam üçün nəzr etmişəm. (Furqanul-Quran səh 133) (yəni quyu suyunun savabı anama məxsusdur)
Amma muşriklər deyildiyi kimi bütlərin uluhiyyətinə və rububiyyətinə etiqad bağlayaraq onlara görə nəzr edirdilər ki, yəqinən həmin əməl şirk idi. Muşriklərin əməlləri müsəlmanların əməllərindən mahiyyət etibarı ilə fərqlənir.
ALLAHDAN BAŞQASINA AND İÇMƏK
Vəhhabilər mötəqiddirlər ki, yalnız Allahın adına and içmək olar başqalarının adına and işmək haramdır.
Andların fəqət Allahın adına olması məhkəmə və ixtilaf olan yerlərə şamildir ki, şəri and kimi “Vəllah”, “Billah” və “Təllah” kimi olması əmr olunub. Bunda heç bir irad yoxdur. Amma başqa şeylərdə bu iddia səhih deyildir. Çünki Allah-təala Qurani-kərimdə ulduzlara, gecəyə, gündüzə və s...... hətta Peyğəmbərin canına and içir. “Ey Peyğmbərim Sənin canına and olsun ki, onlar öz eyşu işrətləri içində sərgərdan qaldılar” (Hicr ayə 72)
Peyğəmbər (s) Allahdan başqasına and içməyi qadağan etməyib. Amma “Əcdadlarınıza və tağuta (bütlərə) and içməyin” hədisindəki qadağa islamın ilkin vaxtlarında müsəlmanların çoxlarının bütpərəst halında öllmüş əcdadlarına and içdiklərinə görə idi. Bu and həmin muşriklərə bir növ ehtiram sayıldığı üçün Həzrət buyurdu:- “Əcdadlarınıza və tağuta and içməyin”. Burada Peyğəmbər bütləri əcdadlarla bir sırada zikr edib ki, bu da onlar arasında münasibət olduğunu göstərir. Deməli Peyğəmbərə, imama, Kəbəyə və Qurana and içmək olar. Baxmayaraq ki, bəzi yerlərdə məkruhdur.
NƏTİCƏ
Bəhsimizin axırında bu nəticəyə yetişirik ki, Peyğəmbər və imamların məzarları üstündə məqbərə tikmək, onları ziyarət edib bu məqsədlə səfərə çıxmaq, onların məzarlarının yanında dua etmək, onlardan şəfaət istəmək və onlara təvəssül etmək bu şərtlərə əsasən caizdir.
1- Tohid və şirkin meyarı olan uluhiyyət və rububiyyətinə etiqad bağlamayıb onları təsirdə müstəqil bilmədən caizdir.
2- Mahiyyət etibarı ilə muşriklərin əməllərindən fərqləndiyi üçün caizdir.
3- Məvəddəte qurba (Peyğəmbər zürriyələrinə məhəbbət) və Peyğəmbər əhlibeytinə ehtiram cəhətindən müstəhəbdir.
4- Bu əməlin tərbiyəvi, mənəvi, əxlaqi, və islami cəhətləri olduğu üçün zəruridir.
5- Tarix boyu müsəlmanlar peyğəmbərlərin və imamların məzarlarını ziyarət etməyə himmət göstəriblər.
6- Əməvulərin və əbbasilərin zalım hakimləri bu mərkəzlərdən həmişə vəhşətdə olublar. Onlar daim müxtəlif yollarla müsəlmanları bu yoldan çəkindirməyə çalışıblar. Hal hazırda vəhhabilər də müxtəlif bəhanələr və hədislər qondarmaqla müsəlmanları 14 əsrlik etiqadlarından döndərmək istəyirlər.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 232 Bölmə: Maraqlı melumatlar