Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağlanmayan Qapı

Böyük şəhərlərin birində valilik edən bir varlının çox gözəl bağçası var idi.Bağında rəngarəng çiçəklər,növbənöv quşlar yaşayırdı.Günlərin biri varlı bağçaya gəlir və orada bağbanın xanımını görüb onun gözəlliyinə valeh olur.Vali bir bəhanə ilə qadının ərini eşiyə göndərir.Bağban getdikdən sonra o qadında bütün qapıların bağlanmasını istəyir.Qadın ağıllı və namuslu idi.O,valinin şeytan niyyətini başa düşür,gedib ağacın arxasında bir qədər gözləyir,sonra valinin yanına dönür və deyir:
Qapıları bağladım,yalnız biri qaldı,onu bağlamağa gücüm çatmadı.Nə qədər çalışdımsa bağlaya bilmədim.
Vali soruşur:
-O hansı qapıdır?
Qadın deyir:
-O ALLAH`ın bizi gördüyü qapıdır.
Vali qadının bu sözlərini eşidincə bədəni lərzəyə gəlir,peşman olub onu əfv etməsini istəyir.Vali ixlasla tövbə edir.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar
loading...