Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏHƏNNƏM ƏHLİNİN ƏZABINDAN BİR MİSAL

Imam Cəfər Sadiq (ə) buyurub: “Qiyamət günündə dörd dəstə adamın halı hamıdan pis olacaq. Birinci dəstədən elə pis üfunət iyi gələcək ki, bütün məhşər əhli bu qoxudan narahat olacaq.

Onlardan soruşacaqlar: “Siz dünyada nə etmişdiniz ki, bu cür ağır vəziyyətə düşmüsünüz?”. Cavab verəcəklər: “Biz sağlığımızda camaatın haqqını yeyirdik. Öləndə də bu borcla dünyadan köçdük. Varislərimiz, dostlarımız da bizim borclarımızı qaytarmadı. Ona görə də indi bunun cəzasını çəkirik”.
Ikinci dəstənin bağırsaqları qarnından çölə tökülüb camaatın ayaqları altında qalacaq. Onlardan dünyada nə ilə məşğul olduqlarını soruşacaqlar. Cavab verəcəklər: “Biz sidiyə gedəndə üst-başımızın batmasının qabağını almazdıq, sidik sıçrayıb bizi bulayardı. Bu əzab da ona görədir”.
Üçüncü dəstənin ağzından çirk və irin töküləcək. Onlar da dünyada necə yaşadıqlarını belə təsvir edəcəklər: “Biz eşitdiyimiz hər sözün üstünə beşqat artığını qoyub başqalarına yayırdıq. Xəbərçi və sözgəzdirən adamların cəzası isə budur”.
Nəhayət, dördüncü dəstənin ətini qayçı ilə doğrayıb özlərinə yedizdirəcəklər. Onlardan soruşulacaq ki, axı hansı əməlinizə görə sizə bu əzabı verirlər? Onlar deyəcəklər: “Biz camaatın qeybətini danışardıq. Allah-təala Qurani-kərimdə buyurub: “...Bir-birinizin eybini, sirrini arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar...” (Hücurat, 12)”.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 42 Bölmə: Maraqlı melumatlar
loading...