Musa Əleyhissalam bir gün:
"Ya Rəbbi, Cənnətdə mənim qonşum kim olacaq, mənə bildir gedib onunla görüşüm,"- dedi.
Musa Əleyhissalama belə vəhy gəldi.
"Filan diyara get! Orada bir qəssab dükanı var. O dükanın sahibi olan qəssabı gör! O vəli bir qulum. Tək biləsən ki, onun çox əhəmiyyətli bir işi vardır. Çağırsan gəlməz. O sənin cənnətdəki qonşundur."
Musa Əleyhissalam dərhal bildirilən yerə getdi. Qəssabı tapdı və ona:
"Mən sənə qonaq gəldim" - dedi. Qəssab Musa Əleyhissalamı tanımırdı. Ona "Xoş gəldin" deyib bir kənara oturtdu. Dükandakı işi qurtaranda götürüb evinə apardı. Evinin başında oturdub çox hörmət etdi.
Musa Əleyhissalam ev sahibini diqqətlə izləyirdi. Ev sahibi qəssabın ət bişirdiyini gördü. Ət bişəndə əti kiçik-kiçik parçalara ayırdı. Bunları bir qaba qoyub bir kənara qoydu. Sonra bir ət parçası daha çıxardıb onu da qonağı Musa Əleyhissalama verərək dedi:
"Mənim əhəmiyyətli bir işim var. Sən məni gözləmə, yeməyini ye!"
Sonra da yanından ayrıldı. Əhəmiyyətli bir işim var dəyəndə Musa Əleyhissalam əhəmiyyətli işi nədir deyə maraqlandı və gizlincə qəssabı izlədi. Qəssab Musa Əleyhissalamın yanından ayrıldıqdan sonra yandakı otağa keçdi.
Divarda asılı dayanan böyük bir zəmbili endirdi. Zəmbilde çox qoca bir qadın vardı. Qadına kiçik-kiçik parçaladığı ətləri yedizdirdi. Qarınını doyuzdurduqdan sonra altındakı çirklənmiş bezləri götürdü və yerinə təmizlərini qoydu. Çirkli bezləri yuyub asdıqdan sonra əllərini yuyub Musa Əleyhissalamın yanına gəldi, yeməyə başlamadığını görən qəssab soruşdu. "Nə üçün yeməyə başlamadınız?"
Musa Əleyhissalam "Sən mənə zəmbildəki sirri söyləmədikcə bir loxma da yemərəm" - dedi.
"Madam ki maraqlandın izah edim": Ey qonaq, bu zəmbildəki mənim yaşlı anamdır. Çox yaşlı olduğu üçün taqətdən düşüb. Evdə ona baxacaq başqa kimsəm yoxdu. Evlənəcəyəm, lakin xanımım anamı incidər deyə evlənə bilmirəm. İşə gedəndə hər hansı bir heyvanın ona zərər verməməsi üçün gördüyün zəmbilə qoydum. Hər gün gəlib yemək yedirirəm. Digər işləri də görüb könül rahatlığıyla işimə gedirəm. Musa Əleyhissalam dedi ki: "Ancaq anlamadığım bir şey də var. Sən anana yemək yedizdirib su içirdikdən sonra dodaqlarını tərpədib bir şey söylədi, sən də AMIN dedin. Anan nə söylədi ki, amin dedin?"
Anam hər xidmət edəndə "Allah səni Cənnətdə Musa Əleyhissalam"a qonşu etsin deyə dua edər. Mən heç ehtimal vermədiyim halda, bu gözəl duaya amin deyirəm. Mən kiməm ki, O böyük Peyğəmbərlə qonşuluq ədə bilim. Onunla qonşuluq edə biləcək nə əməlim var ki?
O zamana qədər kim olduğunu deməyən Musa Əleyhissalam buyurdu:
"Ey Allahın sevimli qulu, mən Musayam. Məni sənə Allahı Təala göndərdi. Ananın razılığını qazandığın üçün Cənnəti və orada mənə Qonşu olmağı qazandın."
Qəssab dərhal qalxıb Musa Əleyhissalamın əlini öpdü və sevinc içində yeməyini yeddi.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 171 Bölmə: Maraqlı melumatlar