Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Qalib gələcək olanlar Allahın tərəfdarlarıdır”

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Müsəlmanlar “şər” kimi görünən hadisələri də xeyir gözüylə qiymətləndirmələrinin və Allahı vəkil əldə etmələrinin qarşılığını, həmişə ən gözəl şəkildə almışlar. Ayələrdə belə buyrulur:
O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər.
Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir. (Al-İmran Surəsi, 173-174)
Bunu xatırlatmaq lazımdır ki, bəzən çöldən baxıldığında zahirən inkarcılar üstünlük təmin etmiş kimi görünə bilərlər. Halbuki bu, yalnız Allahın inananlara istiqamətli bir sınağıdır. Beləliklə saleh möminlər ilə zəiflik göstərənlər bir-birlərindən ayrılmaqdadır. Təvəkkül edən, səbr edən və hadisələrə xeyir gözüylə baxan Müsəlmanlar heç şübhəsiz Allaha olan etibarlarını və sədaqətlərini açıqca ortaya qoymaqdadırlar. Bu səbəblə dünyada və axirətdə Allahın razılığını qazanaraq qalib və üstün gələcək olanlar, hər vaxt inananlardır:
Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və


Tarix: 05.06.2013 / 22:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 51 Bölmə: Maraqlı melumatlar
loading...