Səudiyyə Ərəbistanın Məkkə şəhərində olan Mescid-ül Haram ilk sırada yer alır.
İçərisində qibləmiz Kəbənin yerləşdiyi bu məscid dünyanın ən müqəddəs və ən böyük məsciddir.Məscid-ül Haramın 89 metr uzunluğunda 9 minarəsi var və burada 900 000 insan eyni anda ibadet edə bilir. Həcc zamanı bu rəqəm 4 000 000-a çatır.
2-ci yerdə isə Məscid-i Nəbəvi dayanir. Peyğəmberimiz Hz. Məhəmməd (s.a.s) tərəfindən inşa edilən bu məscid Mədinədə yerləşir.Məscid-i Nəbəvinin 105 metrəlik 10 minarəsi ve Peygamberimiz ile uyğunlaşdırılmış rəngi olan yaşıl qübbəsi vardır.Peyğəmbərimiz (s.a.s), Hz. Əbubəkir ve Hz. Ömərin də qəbirlərinin yerləşdiyi Məscid-i Nəbəvidə eyni anda 600 000 nəfər ibadət edə bilir.Həcc zamanı bu rəqəm 1 000 000-a çıxır.
Dünyanın ən böyük 3-cü məscidi ll Həsən məscididir. Kral Həsən tərəfindən 1993-cu ildə Kasablanka şəhərində inşa edilmişdir. 210 metrəlik minarəsi ilə bu məscid dünyanın ən uzun dini binası olaraq qeydə keçmişdir.Məsciddə eyni anda 105 000 nəfər ibadət edə bilir.
4-cü yerdə Əbu Dabidə yerləşən Şeyh Zayed Bin Sultan Al Nahyan məscidi dayanır.Yerli əhali tərəfindən qısaca 'Böyük məscid' adlandırılır. 82 minarəli məscid Abu Dabide 2007-ci ildə açıldı. Məscidin baş qübbəsi 32.8 metr enində və 85 metr uzunluğundadır.Məscid həm dünyanın ən böyük əldə toxunmuş xalçasına,həm də dünyanın ən böyük şamdanına sahibdir.Burada eyni anda 40 000 nəfər ibadət edə bilir.
İmam məscidi dünyanın 5-ci ən böyük məscididir. İsfahanda yerləşən bu məscidin divarları 7 rəngdən ibarət mozaiklərlə örtülmüşdür. 1611-ci ildə tikilməyə başlanan məscid,18 il sonra 1629-cu ildə tamamlanmışdır.Buranın akustikası elə mükəmməl qurulmuşdur ki,ən kiçik səsin əks-sədası belə çox olur.Araşdırmalar göstərmişdir ki,burada 49 növ əks-səda mövcuddur.Bunlardan yalnız 12-ni insan qulağı eşidə bilir.
Jame Asr Hassanil Bolkiah Məscidi.1958-ci ildə Bruney Sultanı tərəfindən inşa etdirilən məscid 6-cı yerdə dayanır.Ətrafındakı rəngarəng baxçaları,24 əyarlı qızıl örtüklü qübbələri və minarələriylə dünyanın ən böyük və ən gözəl ibadət yerlərindən olan bu məscid 1994-ci ildə xalqa açılmışdır.
Feysəl məscidi 7-ci ən böyük məscidi olaraq bilinir.1976-cı ildə Pakistan hökümeti, Səudiyyə Ərəbistandan alınan 130 milyon Səudiyyə riyali (təqribən bu günün 120 milyon $) ilə inşaasına başlandı ve 1986-cı ildə tamamlandı.Burada eyni anda 74.000 insan ibadət edir.Yükseklikleri 90 metre çatan 4 ədəd minarəsi vardır.Bir çox məscidin əksinə Feysəl məscidində qübbə yoxdur. Onun yerinə Ərəb Bedouinin çadırına oxşar üçkünc bir tavanı var.
8-ci yerdə isə 1673-cü ildə Moğol İmperatoru Auranqazeb tərəfindən inşa edilən Badşahi məscidi var.8 minarəsi və 3 qübbəsi olan məsciddə eyni anda 100 000 insan ibadət edə bilər.
1978-ci ildə İndoneziya prezidenti Suharto tərəfindən tikilmiş İstiqlal Məscidi ən böyük 9-cu məsciddir.Əsas salonda 12 ədəd kalon vardir ve Hz. Peyğəmbərin hicri təqviminə görə Rəbbi-ül-əvvəl ayının 12-ci günündə doğuşuna işarədir.Məsciddəki 5 qat islamın 5 şərtini, 66.66 metrə uzunluğundaki tək minarəsi də Qurandaki 6666 ayəni təmsil edir.Məsciddə eyni anda 120.000 nəfər ibadət edə bilər.
Və Sultan Əhməd Məscidi… İstanbulda yerləşən və l Əhməd tərəfindən Memar Sədəfkar Mehmet ağaya tikdirilən bu məscid 6 minarəlidir. 20.000-dən çox İznik çinisiylə(mozaikasıyla) bəzənmişdir. 43 metr yüksəkliyindəki mərkəzi qübbəsinin eni 23,5 metrdir. Məscidin içi 200-dən artıq rəngli şüşə ilə işıqlandırılmışdır.
Tarix: 10.12.2014 / 17:51 Müəllif: Aziza Baxılıb: 122 Bölmə: Maraqlı Melumatlar