Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanı cəlb edən gözlər

984-cü ildə fotoqraf Steve McCurry çəkdiyi " Əfqan Qızı " başlıqlı portreti indiyə qədər nəşr olunan ən məşhur National Geographic üz qapağı olmuşdur. 2002-ci ildə McCurry məşhur portretin sahibini yəni Peştun mənşəli Əfqan qızı Şərbət Gulanı tapdı və onun hekayəsini öyrənməyi bacardı. Daha sonra National Geographic McCurry-nin çəkdiyi şəkli, Gulanın axtarış müddətini və həyat hekayəsini izah edən ovsunlayıcı bir yazı nəşr etdi.

«Yaşıl gözlü qadın və fotoqraf arasındakı birləşmə səssizdir. Evli qadınlarla bağlı mədəni ənənələr sərtdir. Qadın ərindən başqa bir adama baxmamalı və gülümsəməməli idi. Qadın McCurry-ə gülümsəmədi və ifadəsi sabit oldu. O, şəklinin nə qədər adama təsir edəcəyini anlaya bilməzdi. O, gözlərinin gücünü bilmirdi. „

Gulanın həyatında ilk dəfə şəklini çəkən McCurry tam 17 il sonra Əfqan Qızının fərqli şəkillərini çəkdi.

“Mən onu həmişə kiçik bir qız olaraq xəyal edirdim. Onu təkrar tapanda 30 yaşında idi. 30 yaşlı halı məni şoka saldı. Çox çətin bir həyatı olmuşdu. Bu üzündən oxunurdu. Bu dəyişikliyi görmək məni həqiqətən çox çaşdırdı „

“Şərbətin gözəlliyi ilə problemlərinin təzadı birləşmə meydana gətirdi. Ziddiyyətin birliyindən danışırıq və məncə bu vəziyyət olduqca maraqlıdır. Gözəl, kiçik bir qız. Amma böyük problemləri var. Gözləri və üzündəki ifadənin dərinliyi çox əhəmiyyətlidir.»


Tarix: 26.11.2014 / 13:43 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqlı Melumatlar
loading...