Xalq arasında belə bir deyim var: "Xoşbəxtlik pulda deyil". Bu fikri Kornel Universitetinin (ABŞ) mütəxəssisləri elmi üsullarla yoxlamaq qərarına gəliblər. Trend-in məlumatına görə, bu barədə xarici KİV-lər məlumat verir. Araşdırmalar göstərib ki, xoşbəxtlik və pul arasında seçim edən insanların əksəriyyəti pulu üstün tutub.
Tədqiqat nəticəsində 2500 respondent özünü nəyin sayəsində daha xoşbəxt hiss edə biləcəyi barədə suala cavab verib. Onlara ildə 82,5 min dollarlıq sakit iş, 7,5 saatlıq yatmaq imkanı və gərgin iş, cəmi altı saat yuxu, 150 min dollar məbləğində iş təklif olunub.
Sorğunun, demək olar ki, bütün iştirakçıları daha yüksək əmək haqqını seçiblər. Baxmayaraq ki, onlar gərgin iş rejimi səbəbindən daxili sakitlik hissini itirəcəklərini və sonda özlərini daha az xoşbəxt hiss edəcəklərini qeyd ediblər.
Tarix: 25.11.2014 / 18:48 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı Melumatlar