Rəng nədir?
— Rəng işıq şüalarının müxtəlif dalğa uzunluğunda yayılaraq gözün retinasına çatması ilə ortaya çıxan bir qəbuletmədir. Lakin rənglər yalnız qəbuletmədirmi? Özünüzü qaranlıq divarlar arasında daha canlı və enerjili hiss edirsiniz, yoxsa divarları qırmızı rəngə boyanmış otaqda?
— Əlbəttə ki, qırmızı rəng olan yerdə. Bu mənada rənglər insanın təkcə əhval-ruhiyyəsini əks etdirmir, həm də orqanizmə sağlamlıq və enerji baxımından da təsir göstərir. Ona görə də illərdir rənglərlə müalicə üsulundan istifadə edilir. Ürəyində narahatlıq hiss edənlərə və vərəmdən şikayətlənənlərə sakitləşdirici təsir kimi yaşıl rəng tövsiyə edilir.
Rənglərin insana təsirini nəzərə alaraq, yaşadığımız məkanda rəng seçiminə düzgün əməl edilməlidir.
Məsələn: yataq otağı çəhrayı, yemək otağı isə yaşıl rəng olsa, daha yaxşıdır. İclaslara gedərkən göy və mavi rəng geymək məsləhət görülür.
Rənglər təsirinə görə öz aralarında soyuq və isti rənglərə bölünür.
İsti rənglər: qırmızı, narıncı, sarı; soyuq rənglər isə: yaşıl, mavi, bənövşəyidir.
Tarix: 10.12.2014 / 17:46 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Maraqlı Melumatlar