İnsanların çoxu özünü daha gözəl hesab edir. Çikaqo universitetindən olan Nikolay Epli və Virciniya universitetindən olan Erin Uitçerç insanların özlərini həddən artıq qiymətləndirməsinin nə dərəcədə olduğunu öyrənməyi qərara aldılar.
Alimlər könüllülərin şəkillərini çəkib, kompüter vasitəsi ilə bu şəkillərdəki insanların sifət cizgilərindəki qüsurları siliblər. Nəticədə hər iştirakçının iki şəkli hazır idi: birində insan real görsənirdi, o birisində isə — qırışlarsız, xalsız və digər kiçik qüsurlarsız. Bundan sonra alimlər həmin könüllülərə fotoların ikisini də göstərib, onlardan original fotonu seçmək xahiş ediblər. İştirakçıların çoxu daha gözəl görsəndikləri şəkli səçib.
Daha sonra alimlər iştirakçıları və həmin fotoşəkilləri kənar şəxslərə göstərib. Bir qayda olaraq, kənar şəxslər həqiqətən original şəkli seçib.
Alimlərin fikrincə, bu davranışın səbəbi ondadır ki, insan cəmiyyət içərisində öz üstünlüklərini həmişə qabartmağa, yəni istər-istəməz başqalarını aldataraq, onlara daha gözəl və daha maraqlı görsənməyə çalışır.
Tarix: 26.11.2014 / 14:24 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Melumatlar