Müasir dövrdə tez boşalma bir problem kimi qarşılansa da, sadəcə olaraq cinsi uyğunsuzluqdur. Cinsi əlaqə zamanı partnyorunuz sizdən tez boşalır və ya siz ondan tez boşalırsınız və yaxuddakı bu proses cinsi əlaqəyə girmədən qabaq da baş verə bilir. Bu cinsi uyğunsuzluq problemidir.
Cinsi akt zamanı kişilərin vaxtından əvvəl qurtarması (eyakulyasiya) kişinin bu prosesi lazımi qədər davam etdirə bilməyib, partnyoruna zövq verə bilməməsi vəziyyətidir. Lakin, qadının da anorqazmiyadan (orqazma çata bilməməsi) əziyyət çəkməsi mövcüd olan bir haldır. Belə vəziyyətdə qadın normal davam edən müddətdə orqazma çata bilmirsə, bu kişinin vaxtından əvvəl qurtarması kimi qiymətləndirilməməlidir.
Vaxtından əvvəl boşalmanın əsas səbəbləri:
Uzunmüddət cinsi əlaqədə olmadıqda
Əlaqə zamanı kişinin özünə psixoloji təsir etməsi, tez boşalaraq partnyorunu təmin edə bilməmə qorxusu
Qadının orqazmı onu maraqlandırmadıqda
Prostat vəzinin və sidik axarlarının xroniki iltihabı xəstəlikləri olduqda
Kişi cinsi orqanının individual xüsusiyyətləri
Vaxtından əvvəl boşalmanın müalicəsi:
Hazırda vaxtından əvvəl eukulyasiyanın müalicəsinə 4 yanaşma var:
1. Cinsi orqana bilavasitə təsir edən dərman pereparatları ilə müalicə
2. Seks-terapiya
3. Farmakoterapiya
4. Cərrahi müalicə
Cinsi orqana bilavasitə təsir edən dərman pereparatları ilə müalicə.
Bu müalicə üsulunda keyləşdirici (anestetik) dərmanlardan istifadə olunur. Bu metodun 2 forması var: keyləşdirici vurulmuş prezervativlərdən istifadə («long love» prezervativləri) və ya keyləşdirici xüsusi gel və kremlərin birbaşa cinsi orqanın başına vurulması. Anastetiklər cinsi üzvü bir qədər keyləşdirərək, cinsi aktın davamiyyətini uzadır.
Seks-terapiya. Bu tez boşalmanın müalicəsində istifadə olunun kompleks üsüllardır.Və effektli hesab olunurlar. Bu üsullardan biri «start-stop» hesab olunur. Boşalmanın başlayacağını hiss edən kimi cinsi aktı müvəqqəti dayandırıb, cinsi orqanın başını bir qədər sıxıb buraxmağa əsaslanır. Bir qədər sonra yenidən cinsi əlaqəyə başlayıb, növbəti qurtarma hissinə kimi davam etdirilir. Bunu bir neçə dəfə təkrarlamaq olar. Mütəmadi istifadə etdikdə 4-6 aydan sonra əla effekt verir.
Dərmanlarla müalicə (farmakoterapiya).
Bəzi dərman pereparatları tez boşalmanın müalicəsində effektivliyə malikdir. Lakin onların arzuolumaz təsiri olduğundan qəbulu məsləhət görülmür. Daha sonra bu dərmanların qəbulunun dayandırılması cinsi aktın davamiyyətinin sürətlə azalmasına səbəb olur.
Cərrahi müalicə — bu cinsi orqan başının mikrocərrahi üsulla denervasiya (sinirsizləşdirilmə) olunmasıdır.
Əməliyyat zamanı cinsi orqanın baş hissəsindəki kiçik hissi sinirlər kəsilir. Və bu zaman cinsi orqan daim keyləşmiş vəziyyətdə qalır. Belə cinsi aktın vəziyyəti təqribən 6 ay davam edir və boşalma prosesi təqribən 30-40 dəqiqə olur. 6 aydan sonra kəsilmiş sinirlərin yerinə digərləri bərpa olunur. Bu əməliyyat çox cüzi travmatik əməliyyat hesab olunur, pasientlərə reabilitasiya (bərpa olunma) tələb olunmur. Amma bu metod yeni olduğundan kifayət qədər dəqiq öyrənilməmişdir. İnsan həyatda ən çox bir yeməkdən, bir də cinsi əlaqədən zövq alır. Özünüzü bu hissdən məhrum etməyin....
Tarix: 08.05.2013 / 00:34 Müəllif: [Ram] Baxılıb: 1077 Bölmə: Maraqlı Melumatlar