1898-ci ildə jurnalist-yazar Morgan Robinson «Titan» adlı bir kitab yazdı. Kitabda böyük bir reys gəmisi, okeanda aysberqə çarpırdı. 14 il sonra «Titanik» dəniz faciəsi meydana gəldi.
Təsadüflər zəncirinin ən inanılmazı, 1981-ci ildə ABŞın Boston şəhərində meydana gəldi. Randolp Matika, ildırım vurması nəticəsində evinin qarşısında öldü. Adamın dul yoldaşı yenidən evləndi. Kürəkən Pepero toy gecəsi siqaret çəkmək üçün balkona çıxdı. Düşən ildırım, kürəkənin ölümünə səbəb oldu. Qadın sinir krizləri keçirdi. Müalicə üçün getdiyi klinikada bir həkimə aşiq oldu və evləndi. 1 həftə sonra xəstəsini ziyarətə gedən həkimi də ildırım vurdu.
Christina Veroni, 1991-ci ildə İtalyanın Torino şəhərində tramvay çarpması nəticəsində öldü. 4 il sonra atası Vittorio, eyni keçiddə eyni sürücünün istifadə etdiyi eyni tramvayın çarpması nəticəsində öldü.
Cənub Afrika Respublikasında Cape Town Ticarət Otağının illik konqresində, İşadamı Daniel de Toit leksiyasını belə bitirdi:«Həyat gözlənilməz bir zamanda gözlənilməz şəkildə sona çata bilər..De Toit kürsüdən enərkən ağızına atdığı şəkərin boğazına qaçması nəticəsində öldü.
James Langley, İngiltərə'nin Eastbourne bölgəsindəki evindən küçəyə çıxdı. Çətirini ötürmək üçün geri dönərkən ayağı sürüşdü, başını yerə çarpdı və öldü. Bir həftə sonra evdən çıxan yoldaşı Teresa, çətirini götürmək üçün geri dönərkən başını qapıya çarpdı, beyninə qan sızaraq öldü.
İngiltərə'nin Bristol limanı açıqlarında 5 dekabr 1668-ci ildə bir gəmi batdı.Yalnız Hugh Williams adlı bir yolçu xilas oldu. 1784-cü ildə eyni bölgədə yeni bir qəza oldu. 60 dənizçi arasında yalnız ikinci kapitan Hugh Williams xilas oldu. 1952-ci ildə eyni yerdə üçüncü bir gəmi batdı. Xilas olan tək yolçunun adı Hugh Williams idi.
Yer Amerikanın Kaliforniya əyaləti. Richard Bensinger adlı təqaüdçü dəmiryolu işçisi, 1957-ci ildə Eureka qəsəbəsindəki körpüdə gedərkən halı pisləşdi və öldü. 2 il sonra oğlu Hiram, eyni körpüdə həyatını itirdi. 6 il sonra Hiramın oğlu David də eyni körpüdə avtomobil qəzasına qurban getdi.
James Dean'in ölümünə səbəb olan avtomobilinin hissələri bir çox adama fəlakət saçdı. Hissələri qaraja aparan təmirçi, avtomobil ayağının üzərinə düşüncə şikəst qaldı.Dean'in avtomobilinin mühərrikini satın alan bir həkim avtomobil qəzasında öldü.Həkimin qardaşı da eyni mühərrikin sərgiləndiyi salonda çıxan yanğında can verdi. İllər sonra mühərrik və kaporta yenidən sərgiləndi. İlk gecə, vasitə bir tamaşaçının üzərinə düşdü. Tamaşaçı ağır yaralandı.
Tarix: 26.11.2014 / 12:41 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqlı Melumatlar