Gilası mülayim və xeyirxah qəlbli şəxslər sevir. Onlar öz hisslərində çox səmimidirlər. Anidən nəyisə qurban verməyə də hazırdırlar. Amma qəlbən onlar hələ qayğı, nəvaziş və daim diqqət gözləyən uşaq kimidirlər.
Çiyələyə gizli şəkildə qısqanan şəxslər üstünlük verirlər.Onlar ünsiyyətcil, istənilən adamla dil tapmağa qadirdirlər. Sevdikləri qadınlara qarşı isə əsl barbar kimi davrana bilirlər.
Armudu nikbin xarakterli insanlar sevirlər. Onlar kifayət qədər əxlaqlı və sadiq olmaları ilə fərqlənirlər. Onunla hər şey asan, şən və yaxşıdır.
Almanı adam çərlədən, elmi dillə desək, konservativ xarakterə malik insanlar xoşlayırlar. Çox qısqanc, eyni zamanda qəlbi təmiz olurlar. Rahat yaşamaq üçün onların fikirlərinə hörmətlə yanaşmaq məsləhətli və mütləqdir.
Portağalı məhəbbətə üstünlük verən şəxslər sevirlər. İtalyanlar bu meyvəni əbəs yerə "məhəbbət meyvəsi" adlandırmamışlar. Onlar istənilən toplantıda müsbət cəhətləri ilə fərqlənirlər. Həyatda hər şey bu insanlar üçün asan əldə olunur.
Tarix: 22.11.2014 / 22:59 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Maraqlı Melumatlar