Nişan üzüyü sadəcə bir bəzək əşyası deyil. Nişan – həyatın ən unudulmaz anlarından biridir, bu anı daha da təsirli edən nişan üzükləridir, xüsusən də tək qaş üzüklərdir…
Saray qadınlarının əvəzolunmaz zinət əşyalarından biri də dəyərli qaşlar olub
Zinət əşyası dedikdə ilk olaraq ağla brilliant gəlir. Rənglilər isə brilliant qaşlarla sintez edilir. Keçmişdə isə hər cür dəyərli qaş zinət əşyalarında istifadə edilirdi, onların uyğunluğundan çox bolluğuna fikir verilirdi. Məsələn Osmanlı saraylarında zinət əşyaları dəbdə idi. Bu gün də biz keçmişdə zinət əşyalarının hansı mənanı verdiyini və necə istifadə edildiyi haqqında danışacağıq.
Statusun simvolu
Ləl-cəvahirat Osmanlı saraylarında təkcə bəzək əşyası deyil, sosial statusu da göstərən fərqli mənaları olan nəsnələrdir. Topqapı Sarayında ehtişamı ilə göz qamaşdıran zinət əşyaları, onların sahibələri haqqında geniş məlumat verir. Xüsusən də 16-cı əsrdən sonra ləl-cəvahiratlar istər dövlət adamlarının, istərsə də qadın geyimlərinin əvəz olunmaz atributuna çevrilir.
Ləl-cəvahirat padşahların qüdrətini göstərərdi
Padşahların taxdığı ləl-cəvahiratlar onun əhəmiyyətini yansıdacaq şəkildə seçilirdi. Gündəlik istifadədə isə hətta daş-qaşla bəzədilmiş ayaqqabılara da rast gəlmək olardı. Bundan başqa padşahlar arasında broş, nişan, yatuq və zümrüd qaşlı üzük taxmaq ənənəsi də var idi. Taxt və asqılar isə hökmdarlıq əlaməti idi. Asqılarda daha çox zümrüd qaşlara yer verilirdi. Taxtlar qızıl, almaz, yaqut, zümrüdlə işlənərdi.
Sultan da tək qaş üzük taxardı
Saray dedikdə təbii ki, dəbdəbəli toyları söyləmədən keçmək olmaz. İndi qır-qızılı oğlan tərəfi almalıdırsa, əvvəllər qızlar qiymətli qaşları cehiz kimi apararmışlar. Ləl-cəvahiratlar sultan qızlarının cehizində önəmli yer tutardı.
Evlənərkən bir padşah qızına bir almaz klon, almaz bilərzik, bir dəst zümrüd qaşlı sırğa hədiyyə edilər, bir də daş-qaşla bəzədilmiş ayaqqabı geyindirilərdi. Sultan II Mahmudun qızı Mihrimah sultan evlənəndə cehizində bahalı və qiymətli daş-qaşla dolu qutular olubmuş. Sultan Əbdülməcidin qızı Münirə Sultan evlənəndə cehizindəki çox dəyərli tək qaş brilliant üzük və salxım formalı zümrüd qaşlı sırğası diqqət çəkmişdi.
Fərqli qaşlar birlikdə
Saray qadınlarını daş-qaşsız təsəvvür edə bilmərik. Osmanlı qadınları dəyərli qaşları birlikdə istifadə etməyi xoşlayıb: almaz, zümrüd, yaqut, firuzə, mirvari, sapfir və.s...
XIX əsrdən başlayaraq qadınlar brillianta maraq göstərirlər. Tək qaş brilliantlar, almaz taclar da o dövrün nadir incilərindəndir.
Daş-qaşlar bir çox saray əşyalarını bəzəyib. Quran kitabının saxanıldığı qutu, yastıq qılıfları, daraq, kisə, pul qabı, cib saatı, sürahi, qaşıq, fincan, lampa, çətir və başqa əşyalar bahalı qaşlarla bəzədilib.
Qadınların vaz keçə bilmədiyi aksessuarı və bəxt üzüyü tək qaş üzük necə hazırlanır?
Tək qaş üzük qadınların hamsının arzuladığı aksessuardır. Müxtəlif modellər və qaşlardan ibarət tək qaş üzüyün hazırlanmasına bəzən 4 saat, bəzən isə 1 gün və 1 ay vaxt sərf edilir.
Usta qızılı 32 qram xam qızılı bir kasanın içində 1000 dərəcədə isidir, əriyən qızılı qəlibə çevirir. Soyuyan qızılı turşuya batırılır, sonra xüsusi mişarla iki yer bölünür.
Qızıl sonra odda yumşaldılaraq halqa formasına gətirilir. Halqa halını alan üzüyün hər iki ucu birləşdirilir. Daha sonra qızıl üzük istənilən barmaq ölçüsünə gətirilir. Halqa çəkiclə düzəldilir. Tam hazır olmayan üzük bir neçə kimyəvi maddəyə batırılıb cilalanır. Sonra su ilə təmizlənir və alıcısına təqdim olunur.
Tarix: 26.11.2014 / 19:02 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Maraqlı Melumatlar