Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eynşteynin vərdişləri

Albert Eynşteyn elmə çoxlu yeniliklər gətirmiş ən məşhur alimlərdəndir.

O, həm də özünün yaxşı qulluq olunmuş bığları ilə də məşhur olmuşdur. Çox az adam bilir ki, o, insan huquqları müdafiəçisi olub. Maraqlı olanı da budur ki, məşhur dahi heç vaxt corab geyməmişdir.

Məşhur alimin niyə corab geyməməsi, yəqin ki, hər kəsi maraqlandırır. Məlum olanı budur ki, alim ikinci arvadı Elzanın vəfatından sonra öz geyiminə, ümumiyyətlə fikir verməmişdir. Halbuki, alim gənc yaşlarında öz xarici görünüşünə çox diqqətli və səliqəli idi. Deyilənlərə görə, onun öz xarici görkəminə bu cür diqqət yetirməsinə əsas səbəb, istəklisi Elza imiş.

İkinci arvadı Elzanın vəfatından sonra alimə Prinston Universitetinin fəxri professoru adı verilir və o, təqaüdçü müəllim kimi çalışmağa başlayır. Boş vaxtlarında daim universitetin həyətində özü üçün gəzişərmiş. Bu zaman o, səliqəli və yaraşıqlı olmayan, özü üçün rahat olan nimdaş paltarlar geyərmiş.

Enli, düyməsiz, həddən artıq uzun köynəkdə, ayağı corabsız və çox köhnə sandallar geymiş alimi univetsitetin həyətində boş-boş veyillənən görən müəllim və tələbələr mat-məhəttəl qalırdılar. Çünki, dünya şöhrətli dahinin bu görkəmdə universitetin həyətində gəzməsinə təəccüb edirdilər. Dahi alim isə, tələbələrin və müəllimlərin təəccüblənməsinə əhəmiyyət verməzmiş.

Həmin dövrlər A.Eynşteynin öz görkəminə fikir verməyə nə vaxtı, nə də hövsələsi vardı. Çünki, həmin dövrlər dahi alim rasizmə qarşı mübarizəyə qoşulmuş, insan hüquqları və azadlıqlarını müdafiə edən ən fəal mübarizlərdən idi. Dahi alim ömrünün sonraki illərini rasizmə qarşı və insan hüquqları və azadlıqlarını müdafiəyə həsr etmişdir.

Dahi alimi yaxından tanıyanların şahidliyinə görə, istər gənclik illərində, istərsə də yaşlı dövrlərində A. Eynşteyn çox nadir hallarda corab geyinirmiş və tez də onu soyunarmış.


Tarix: 25.11.2014 / 10:52 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Maraqlı Melumatlar
loading...