Bibixanım məscidi—Özbəkistanın Səmərqənd şəhərində yerləşən memarlıq abidəsi, məscid.Mündəricat
1 Tarixi
2 Məscidin memarlıq quruluşu
3 Xarici keçidlər
4 Həmçinin bax
Tarixi
XIV əsrin sonunda Səmərqənd şəhəri məşhur fateh Əmir Teymurun nəhəng imperiyasının paytaxtı oldu. Şəhər tez bir zamanda genişlənməyə başladı.
Əmir Teymur öz paytaxtını gözəl, qeyri-adi, ecazkar, digər şəhərləri kölgədə qoyacaq şəhər kimi görmək arzusunda idi. O, hətta şəhərin ətraf kiçik kəndlərinə Bağdad, Dəməşq, Qahirə adlarını qoyaraq Səmərqəndlə müqayisədə bu böyük şəhərlərin cılızlığını vurğulamaq niyyətində idi. Paytaxtın mərkəzində isə möhtəşəm Bibi-xanım türbə-məscidi səmaya ucaldıldı. Bu məscid Teymurilər dövlətinin baş məbədi hesab olunurdu.
1404-cü ildə Səmərqənddə olmuş ispan səfir Ruis Qonsales de Klavixonun sözlərinə görə, şəhərin baş məscidi “hökümdar Teymurun bu vaxtadək tikdirdiyi ən gözəl abidədir ”.
Orta əsr tarixçisi isə qeyd edir ki, Bibi-xanım məscidi hündür minarələrinin üzərində bütün dünyaya meydan oxuyur. Əfsanəyə görə, Teymurun sevimli həyat yoldaşı Bibi – xanım bu məscidi öz hökümdarının növbəti yürüşdən qayıtması şərəfinə hədiyyə olaraq tikdirmək qərarına gəlir. Məscidin inşası üçün imperiyanın ən yaxşı memarı dəvət olunur. Hətta Azəri, Fars, Hindli memar, rəssam və nəqqaşlardan ibarət 100 nəfər məşhur ustalar işə cəlb edilir.
Məscidin inşası həqiqətən Teymur şah yürüşlərdə olarkən aparılırdı, ancaq tikinti əmrini o özü şəxsən, 1399-cu ildə, Hindistandan zəngin qənimətlə qayıtdıqdan sonra vermişdi, işin gedişatına həqiqətən şahın həyat yoldaşı nəzarət edirdi, amma onun adı Sarayı – Mülk – xanım idi, gənc deyildi, əksinə, yaşlı qadın idi və məscidin özünü deyil, məscidin qarşısındakı mədrəsəni tikdirirdi, Məscidin inşasına nəzarət etməyi isə Teymur 2 Saray əyanına tapşırmışdı, bu tapşırığa məsuliyyətlə yanaşmadıqlarına görə, nəticədə hər ikisi edam olundu. Məscidi tikmiş memar da 1 nəfər deyildi – Teymur şah bunun üçün nəhəng imperiyanın hər tərəfindən ən yaxşı sənətkarları işə cəlb etmişdi.
Səmərqənd Bibi – xanım məscidi müsəlman aləmində ucaldılmış ən möhtəşəm tikililər sırasına daxildir. Müasir dövrümüzə dağılmış halda gəlib çatmasına baxmayaraq, hələ də öz möhtəşəmliyi və dekorativ tərtibatının zənginliyi ilə heyrətamiz təsir bağışlayır.
Məscidin memarlıq quruluşu
Məscid ansamblının ölçüləri 167 x 109 m sahəni əhatə edir. Əvvəllər bu məkanda dünyanın 4 istiqamətinə uyğun nəhəng 4 eyvanlı giriş – portallarla xarici divarlar yerləşirdi. Burada 78 x 64 m ölçüdə dördbucaqlı həyət, fəvvarə - hovuz, 400 ağ mərmər sütunlar üzərində qalereyalı tağlar sırası, geniş gümbəzli məscid zalı, künc hissələrdə 4 ədəd zərif quruluşa malik minarələr var idi. Hal – hazırda isə təkcə monumental tikili daş parçaları qalıb, hələ də zəngin dekorativ tərtibatı və binaların əsas formaları göz oxşayır. Məscidin qalıqları arasında 3/4 ölçüdə qorunub saxlanmış hündür giriş qapısı (portal), yan tərəflərdə möhtəşəm dairəvi qalalar nəzərə çarpır.
Portalın aşağı tərəfində boz mərmər friz (ornamental zolaq) üzərində ərəbcə yazı həkk olunub. Onun üstündə rəngli şirəli (qlazur) kərpiclərdən üzləmə zurulub həndəsi şəklindədir. Portalın tağını mozaikalı kəmərlər əhatə edir, nəbati ornamentlərdən və ərəb yazılarından ibarətdir.
2 yan portal – eyvanlar daha yaxşı formada qalıb. Onlar tamamilə eyni, oxşardır, hər biri hündür baraban üzərində mavi şirəli gümbəzlə örtülüb.
Divarları oyma mozaikalar və rəngli kərpiclərlə bəzədilib, böyük ərəb hərfləri mavi rəndədir, qırmızı fonda işlənmişlər. İçəridə ağ fon üzərində mavi və qızılı rənglərlə işlənmiş zəngin divar rəsimlərinin qalıqları var.
Eyvanın tağı 18 m hündürlükdədir, eyvanın isə 30 m hündürlüyü var. Eyvan 8 – künclü qalalarla əhatələnib. Daxili gümbəzin hündürlüyü nə vaxtsa 40 m, diametri – 30 m olmuşdur.
Məscidin dekorativ tərtibatı rəngarəng və zəngindir. Burada mayolika, mozaika, üzlənmiş kərpic, qızıl və parlaq divar rəsimlərinə rast gəlmək olar. Nəbati və həndəsi ornamentlər, ərəb yazıları, iri pannolar şərq xalçası kimi məscidin divarlarını və fasadını örtmüşdür.
Məscidin cənub – qərb hissəsində yarımçıq qalmış minarənin qalıqları ucalır. Minarənin üzərinə şirəli kərpicdən qurulmuş naxış spiralı örtür.
Səmərqəndin türbə - məscidi insanların vəhşiliyindən dağılmayıb, Şərqdə ən böyük məscidi tikdirmək fikrinə düşən Əmir Teymur nəzərə almamışdı ki, tikilinin həcmini getdikcə genişləndirmək lazım deyil, yerli memarlıq və yerli tikinti materiallarının xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Sənətkarlar kərpiclərin, məhsulların keyfiyyətini nə qədər artırsalar da, özülün hörgüsünün həcmini nə qədər genişləndirsələr də hər şey əbəs yerə idi. Nəhəng gümbəz tikililər sözün əsl mənasında “havada asılmış halda idi” və ilk zəlzələ zərbəsindən onlar dağıldılar....
Sonralar şərqin bir çox şəhərlərində Bibi-Xanım məcsidinin motivləri əsasında obrazı yaradılmış məscidləri ucaldıldı. Bu böyük müsəlman məbədi xarabalıqlar şəklində qalsa da, əsrlər boyunca Mərkəzi Asiya memarlığının inkişafına zəmin yaratdı.
Tarix: 26.02.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 717 Bölmə: Məscidlər