Muxtarov məscidi — Rusiya Federasiyasında, Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində, Terek çayının sol sahilində tarixi məscid.Mündəricat
1 İnşa tarixi
2 Memarlıq üslubu
3 İstinadlar
4 Həmçinin bax
İnşa tarixi
1900-1908-ci illərdə tanınmış Bakı milyonçuları Murtuza Muxtarov məscidin tikilməsinə maliyyə köməkliyi edir. "Priazovskiy krak" («Приазовский край») qəzetinin məlumatına görə 80 min rubla başa gələn məscidin 50 min rublunu məhz Bakı neft milyonçusu Murtuza ağa Muxtarov vermişdir. Bu səbədən Allah evinə Muxtarov məscidi adı verilmişdir. Məscidin layihə müəllifi polyak mənşəli memar İosif Ploşkodur (Bakı şəhərindəki Səadət Sarayı da həmin memar təfəfindən layihələndirilmişdi). Məscidin tikintisi miladi təqvimi ilə 1908-ci il 14 oktyabr, hicri qəmər təqvimi ilə 1326-cı il Ramazan ayının birinci günündə tamamlanmış və ilk azan səsini ucaltmışdır.
Memarlıq üslubu
Məscidin tikintisində layihə müəllifi İosif Ploşko qotik üslubundan istifadə etmişdir. Məscidin girəcəyi qot tağı (neştərəbənzər) ilə bəzədilmişdir. İki yaruslu, azan üçün eyvanı ola qoşa simmetrik minarələr girişin hər iki tərəfindən ucalmışdır. Minarələr və günbəz qızılı çubuqlar üzərində aypara ilə tamamlanır. Minarələrin hündürlüyü 33 m-dir. Məscid daxilində döşəmədən günbəzə qədər hündürlük 16.5 m-dir. Layihə zamanı Misirin paytaxtı Qahirə şəhərindəki Əl-Əzhər (970-972) və digər məscidlərin ornamentlərindən istifadə etmişdir. Tikinti zamanı istifadə olunan əhəng daşı Bakı ətrafındakı karxanalaradan aparılmışdır. [1] Bəzək və rəssamlıq əsasən də Х-ХII əsr Qahirə məscidlərini xatırladır. Dekorasiyasında ərəb əlifbası ilə Qurani-Kərimdən ayələr işlənmişdir. [2]. İki minarəsi və bir günbəzi olan məscidin giriş qapısı şimala tərəfdir. Qafqaz dağları fonunda məscid heyrətamiz gözəllik vəsf edir. 1934-cü ildən etibarən tarixi abidə statusu alaraq qorunur. 1996-cı ildə partlayış zamanı ciddi dağıntıya məruz qalmışdır.
Vladiqafqaz, Muxtarov Məscidi
İstinadlar
↑ Şimali Osetiya Sosial Tədqiqat Mərkəzi, Rusiya Elmlər Akademiyasının Sosial və Siyasi Araşdırmalar İnstitutu Старый Владикавказ. Историко-этнологическое исследование
↑ Muxtarov Məscidi-Республика Северная Осетия-Алания
Tarix: 26.02.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 431 Bölmə: Məscidlər