Avqusta Ada Kinq (qrafinya Lavleys) qısaca olaraq Ada Lavleys (10 dekabr 1815-ci il London -27 noyabr 1852 London)-ingilis riyaziyyatçısıdır.Hər şeydən əvvəl Çarlz Bebbic tərəfindən hazırlanmış layihə əsasında hesablama maşının ilk dəfə təsvirini verən şəxs kimi tanınmışdır.Dünyada ilk proqramı tərtib etmişdir (bu maşın üçün).<
10 dekabr 1815-ci ildə doğulub,Avqusta ingilis şairi Corc Qordon Bayron və onun arvadı Anna İzabella Bayronun (Anabella) yeganə qanuni övladı idi.Anna İzabella Bayron özünün ən yaxşı ailəvi günlərində riyaziyyatla məşğul olduğu üçün əri tərəfindən ona<
Qızcığaz Bayronun eşqbazlıq etdiyi güman olunan ögey bacısının şərəfinə Oqasta (Avqusta) adlandırılır.Ayrıldıqdan sonra qızın anası və anasının valideynləri heç vaxt onu belə səsləmədi və onu Ada deyə çağırmağa başladılar.Həmçinin,ailəvi kitabxanadan da onun atasının bütün kitabları müsadirə olunmuşdu.
Ana yeni doğulmuş körpəni valideynlərinə təhvil verərək sağlamlıq mərkəzinə gedir.Ancaq uşağı tərbiyə etmək mümkün olduğu zaman o qayıdır.
Missis Bayron Ada üçün özünün keçmiş müəllimi –şotland riyaziyyatçısı Oqastes De Morqanı dəvət edir.
O bir zamanlar “Səma mexanikası haqda traktat”adlı əsərin müəllifi fransız astronom və riyaziyyatçı Pyer Simon Laplasla vaxtını keçirmiş Merri Sommervillə evli idi.Məhz Merri tərbiyə alan bir qız üçün tərbiyəçi modeli seçilmişdi.
17 yaşı olanda o evdən kənara çıxmaq hüququ alır və ilk dəfə olaraq kral və kraliçaya təqdim olunur.Çarlz Bebbic adını isə o ilk dəfə nahar stolu arxasında Merri Sommervil tərəfindən eşidir.Üzərindən bir neçə həftə keçmiş ilk dəfə olaraq o Çarlz Bebbiclə görüşür,görüş zamanı Bebbic yarım əsr ondan əvvəl İsaak Nyuton fəaliyyət göstərdiyi Kembric universitetinin riyaziyyat kafedrasında professor idi.Az sonra miss Bayron o dövrün görkəmli şəxsiyyətləri :Maykl Faradey,Devid Brüster,Çarlz Uitston,Çarlz Dikkens və digərləri ilə tanışlığa müvəffəq olur.
Öz vəzifəsinin icrasına başlamazdan bir neçə il əvvəl Bebbic 20 rəqəminə qədər hesabı dəqiqliklə aparan loqarifm maşının (dünyada ilk kompüter sayılır) təsvirini verib qurtarmışdı.Ling vasitəsi ilə hərəkət gətirilən çoxsaylı val və çarxlardan ibarət bu maşının çertyoju artıq baş-nazirin masası üzərində olur.
1823-cü ildə <
1835-ci ildə miss Bayron tezliklə Lavleys fəxri adının varisi olacaq Kinqin 8-ci baronu (qrafdan kiçik zadəgan rütbəsi) 29 yaşlı Uilyam Kinqə ərə gedir.Onları 4 il ərzində 3 övladı dünyaya gəlir:12 may 1836-ci il təvəllüdlü Bayron, 22 sentyabr 1837 təvəllüdlü Anabella (Ledi Enn Blyun) və 2 iyul 1839 –cu il təvəllüdlü Ralf Qordon.Nə əri nə də ki,3 uşaq Adaya özünü əsas vəzifəsi adlandırdığı bu işə böyük həvəslə həsr etməsinə mane olmadı.Evlilik hətta onun işini daha yüngülləşdirdi belə ki,Lavleys xəzidarlığı onun əsas finans mənbəyi idi.
1842-ci ildə italyan alim Luici Menabreya bu analitik maşınla tanış olur bu kəşfdən heyrətə gəldiyini gizlətmir və ilk dəfə olaraq bu maşının müfəssəl yazılı təsvirini verir.Məqalə fransız dilində dərc olunur və məhz Ada Layleys onu ingilis dilinə tərcümə etməyi öz öhdəliyinə götürür.Sonradan Bebbic Adaya mətnə daha müfəssəl şərhlər əlavə etməyi təklif edir. <
Bebbicin məlumat mənbələrində və Adanın şərhlərində proqramaltı,proqramaltı kitabxana, göstərişlər modifikasiyası (şəkil dəyişdirmə), registr (müxtəlif maşın və cihazlarda tənzim qurğusu) indeksi kimi elə anlayışlar işlətmişlər ki,onlar yalnız XX-əsrin 50-ci illərində işləməyə başlamışdı.<
Ada Lavleys uşaqlıq (yumurtalıq) xərçənginin müalicəsi zamanı daxili qanaxma səbəbi ilə (onun atası da daxili qanaxmadan vəfat edib) 27 noyabr 1852-ci ildə vəfat edir və Nottinqempşirdə Bayronlar sərdabəsində ömür boyu tanımadığı atasının yanında dəfn olunur.
1975-ci ildə ABŞ Müdafiə Nazirliyi universal proqlaşdırma dilinin işlənib hazırlanması haqqında qərar qəbul edir.Müdafiə naziri katiblər tərəfindən hazırlanmış ekskursla tanış olur və gələcək proqramlaşdırma dilinin <
Tarix: 30.11.2014 / 19:46 Müəllif: Aziza Baxılıb: 234 Bölmə: Müxtəlif