Kimyaçı və bəstəkar Aleksandr Borodin çox dağınıq fikirli adam imiş. Bir gün o dostlarını evinə qonaq çağırır. Məclisin ən qızğın vaxtında birdən Borodin ayağa qalxır, gedib paltosunu geyir və sağollaşıb getmək istəyir ki, qonaqlar soruşurlar:
Hara belə, Aleksandr Porfiyeviç?
- Sağlıqla qalın, mənim vaxtım yoxdur, evdə olmalıyam. Səhər mühazirəm var.
Yalnız dostlarının şaqqanaqla güldüyünü gördükdə Borodin başa düşür ki, o öz evindədi.
kimyaçı,химик
1811-ci ildə Kurtua kimya laboratoriyasında barıt istehsalı üçün lazım olan xammal növlərinin alınması və xassələrinin öyrənilməsi ilə məşğul idi. O, bir bankada spirtdə həll edilmiş dəniz otlarının külünü saxlayırdı. Başqa bir qabda isə sulfat turşusu məhlulu vardı. Alim stol arxasında əyləşərək nahar edirdi. Kurtuanın sevimli pişiyi isə bu zaman onun çiynində oturmuşdu. Birdən pişik yerə atıldı. Maye dolu qablar bir-birinə toxunub sındı və döşəmənin üstündə gölməçə əmələ gəldi. Mayelərin qarışığı köpüklənir, ondan göyümtül-bənövşəyi buxar qalxdı. Həmin buxar soyudulduqda metal parlaqlığına malik kristallar yaranırdı. Kəskin iyi olan bu maddənin yeni element olduğunu yəqin edən Kurtua onu yod adlandırdı. «Yod» sözü yunanca «yodes» sözündən götürülmüşdür, mənası «bənövşəyi» deməkdir.
1912-ci ildə məşhur qütb tədqiqatçısı Skot və onun yoldaşlarının məhvinin səbəbkarı qalay çuması adlanan hadisə olmuşdur. Qalay çuması zamanı metalın quruluşu pozulur və toz halında ovxalanıb tökülür. Belə ki onların maye yanacaq saxladıqları qablar qalay cuması nəticəsində deşilmiş və nəticədə yanacaq axıb getmişdir.
XVIII əsrdə yaşamış İsveç Alimi K.Şeyele hazırda kimyaçılara yaxşı məlum olan xlor qazını, manqan metalını kəşf etmişdir. Onu çox mühüm kəşflərinə və ixtiralarına görə bütün dünya tanıyırdı. O, heç vaxt özünü gözə soxmaz, lovğalanmaz, kiçik bir aptekə çəkilib, gecə-gündüz kimya sahəsində axtarışlar aparardı.
Bir dəfə İsveç kralı Avropa ölkələrinə səyahətə çıxır. Bu zaman kral Şeyele haqqında o qədər xoş sözlər eşidir ki, vətənə qayıdan kimi onun mükafatlandırılması və təltif edilməsi barədə əmr verir. Lakin kimyaçı Şeeleni dövlət adamlarından heç kəs tanımadığından, kralın əmri yerinə yetirilsin deyə ordeni və mükafatı qarşıya çıxan ilk Şeyele familiyalı bir adama verirlər.
İsveç alimi məşhur kimyaçı K.Şeyele növbəti kəşf etdiyi maddənin xassələrini öyrənərək onun xüsusi çəkisini, rəngini, iyini və s. fiziki xassələrini müəyyən etdikdən sonra, həmin maddənin dadını və istilik əmələ gətirmə xassəsini dadmaq yolu ilə yoxlamışdır. Alim möhkəm zəhərlənərək xeyli əziyyətdən sonra keçinmişdir. Sən demə, alimin kəşf etdiyi yeni maddə dünyada ən güclü zəhərlərdən biri olan sianid turşusu imiş.
kimyaçı laboratoriyadaGəncliyində hüquqşünas olsa da, Lauvazye daha çox təcrübi kimyanı özünə sənət seçmiş, bu sahədə fəaliyyətə başlamışdı. Lakin o, eyni zamanda dövlət işində xidmət edib, vergi komissiyasının üzvü olmuşdu. 1789-cu ildə başlanan fransız inqilabı zamanı o, başqa həmkarları ilə birlikdə həbs olunub, bir neçə ildən sonra gilyotində edam olundu.
Məhkəmə hökm çıxaranda hakimdən xahiş etmişdilər ki, bu adam dahidir, ona güzəşt etmək lazımdır. Hakim isə belə cavab vermişdir: «İnqilaba dahilər gərək deyil.»
Məşhur alman kimyaçısı Yustus Libix 1871-ci ildə fransız ordusunu məğlub etdikdən sonra vətəninə qayıtmış bir qrup əsgəri öz evinə nahar yeməyinə dəvət etmişdir. Bavariyalı əsgər təəccüblə kitab rəflərinə baxaraq demişdir: «Sizdə ki, bu qədər kitab görürəm, yəqin ki, cildçisiniz.»
R.Buzenlə birlikdə spektral analizi kəşf etmiş R.Kirxqof köhnə məktəbin tərəfdarlarından olan bir kimyaçı ilə olan söhbətini belə xatırlayır: Kimyaçı R.Kirxofdan onun hansı isə bir dəlinin özünün spektroskopu vasitəsi ilə günəşin kimyəvi tərkibini öyrənmək arzusunda olması haqqında bir şey eşidib-eşitməməsi barəsində soruşduqda Kirxqof buna müsbət cavab verir və boynuna alır ki, bu dəli onun özüdür.
Xlorla təcrübə aparan alman kimyaçısı Eqon Viber tələbələrə dərs deyəndə bu sözlərlə müraciət etmişdir: «Məlum olduğu kimi, xlor zəhərli qazdır. Əgər mən huşumu itirsəm, xahiş edirəm məni təmiz havaya çıxarasınız. Ondan sonra dağılışa bilərsiniz. Hər ehtimala qarşı yadınıza salıram ki, növbəti mühazirə dördüncü gün olacaqdır.»
Görkəmli İsveç kimyaçısı İ.Y.Bertselius (1779-1848) kiçik bir şəhərdə yaşayıb və işləyirdi. Bir dəfə həmyerliləri onun qulluqçusundan soruşurlar: «Alim nə ilə məşğuldur? - Dürüst deyə bilmirəm. Yalnız bunu bilirəm ki, o, böyük şüşədəki mayeni çalxalayaraq nisbətən kiçik şüşəyə, oradan da daha kiçik şüşəyə tökür. - Bəs sonra nə edir? - Sonra da atır bayıra» - deyə qız cavab verir.
Tarix: 30.11.2014 / 19:16 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Müxtəlif