Qaqarin: «Mənim uçmaqdan başqa amalım, arzım yoxdu. Təyyarəçi uçmalıdır. Həmişə uçmalıdır.»
Xruşov demişdi ki, «Bax, Qaqarin kosmosa uçdu, orda Allahı görmədi ki?».
Onlar 20 nəfər idi. Adi, o qədər də güclü olmayan təyyarəçilər. Axı hansı komandir öz yaxşı yetirmələrini başqasına verərdi? Onları birləşdirən bir əlamət vardı, hamısının boyu balaca idi. Kosmonavtın yerləşəcəyi məkan balaca olduğundan raketin baş hissəsində ucaboy insan otura bilməzdi. Axı bu aparat insan üçün yox, kosmosa nüvə silahı daşımaq üçün layihələşdirilmişdi. Bu silah ABŞ üçün nəzərdə tutulurdu.
Təyyarəçi olmaq arzusuyla
1934-cü ildə Smolensk ətrafında Qjatsk rayonunda sadə kəndjli ailəsində uşaq doğulanda heç kim bilmirdi ki, 27 il sonra o, ulduzlara uçmuş ilk insan olacaq. Qaqarinlər dindar olmasalar da doğulan uşaqlarını mütləq xaç suyuna çəkirdilər. Anası Anna Timofeyevna uşaqları səliqə səhmana öyrədən ciddi qadın idi. Onların hərəsinin öz iş vəzifəsi vardı. Məsələn Yura yeməkdən sonra qabları yumalıydı. Müharibənin əvvəlində Yura məktəbə gedir, amma faşist işğalı onu təhsilini davam eləməyə imkan vermir. Kənd azad olan kimi təhsilindəki boşluqları doldurmaqçün sənət məktəbinə gedir. O vaxtlar bütün oğlan uşaqları göylərə həsrətlə baxır və təyyarəçi olmağı arzulayırdılar. Eləcə də Yura. 7 illik təhsilini bitirib Saratov aeroklubuna daxil olunda boyunun balacalığından tibb komissiyasını çox çətinliklə keçə bildi. Elə həmən səbəbdən də təyyarəni fərli başlı otuzdura bilmirdi. Sonradan altına döşəkcə qoyub boyunu artırandan sonra enmə məsələləri də həll olundu. Ona görə də o, həmişə özüylə döşəkcə gəzdirərdi.
İnsan kosmosu görsə havalanacaq?
20 namizəddən 6 nəfər seçildi. Tələsmək lazım idi, çünki amerikanlar Atlantika üzərindən uçub kosmosda 15 dəqiqə qalacaq astronavtı hazırlayırdılar. Orda 20 aprel tarixi nəzərdə tutulmuşdu. Ona görə də «Vostok» gəmisi mütləq 11-17 aprel tarixlərində amerikalılardan heç olmasa bir neçə gün əvvəl kosmosa uçmalıydı. Dövlət komissiyasının iclasında 6 nəfərdən ikisini familiyası səsləndi: Qaqarin və Titov.
Kosmosa uçan ilk canlıların – Qaqarin, Belka və Strelka adlı itlərin əsas məqsədi eyni idi – sadəcə sağ qalıb salamat qayıtmaq idi. İtlərin sağ qayıtmasından sonra hamını insan psixikasının reaksiyası hamını narahat eləirdi.Təcrübələr zamanı təyyarəçilər deyirdi ki, özünü o qədər itirirsən ki, diqqətini cəmləmək mümkün olmur. İndi «25» rəqəmi altında gözlədilmiş paketi yada salmırlar. Bu paketdə gəmini əllə idarəyə keçirməkçün şifr gizlədilmişdi. Bu şifrəni kosmonavta ona görə deməmişdilər ki, əksəriyyəti düşünürdü ki, kosmosa çıxandan və Yer kürəsinə kənardan baxandan sonra insan ağlını itirə və təlaşa düşüb vaxtından qabaq uçuşu dayandıra bilərdi. Uçuş avtomatik rejimdə keçdiyindən Yuri Qaqarin idarəetməyə əlini də vurmadan ətrafını seyr eləmək və heyrətlənməklə məşğul idi. Əllə idarəyə ehtiyac olsaydı pilot konverti açmalı, şifrəni oxuyub 25 rəqəmini yığandan sonra idarəetməni əlinə ala bilərdi. Ona görə də konstruktorlar düyməni qorumaqçün bir neçə məntiqi hərəkət tələb edən qıfıllar qoymuşdular. Əgər pilot ağlını itirməsə konverti sakitcə açıb şifrəni götürüb yığa bilsə deməli gəmini də idərə edə biləcək. Unutmaq olmazdı ki, «Vostok» tipli gəmilərin 7 uçuşundan Qaqarin uçana qədər dördü uğursuz olmuşdu.
«Yerin kölgəsinə girirəm!»
İnsanın kosmosa uçuşu barədə TASS üç cür məlumat hazırlamışdı. Biri uğurlu, ikincisi isə gəminin orbitə çıxa bilməyib hardasa tayqa və ya okeanda düşəcəyi halda ölkələrə kosmonavtın axtarılması barədə müraciət tərtib edilmişdi. Üçüncü məlumat isə ilk kosmonavtın ölümü barədə xəbər verəcəkdi. Xoşbəxtlikdən ikinci və üçüncü məlumatlar lazım olmadı.
… Həmən gecə kosmodromda gəminin komandiri və dublyorundan başqa start qabağı heç kim yatmırdı. Qaqarin liftlə qalxanda daha iki nəfər konstruktor onunla bərabər qalxır ki, sistemi qoşmağa və kabinaya oturmağa kömək eləsin. Qapaq qoyulur, qaykalar ehtiyatla bağlanır. Amma germetik bağlanmanı təsliqləyən siqnal gəlmir. Məcbur olub hamısını açıb bir də bağlayırlar. Ətrafındakıları gərgin saxlamamaq üçün Qaqarin kabinada zümzümə eləyir, axı o da anlayır ki, nəsə baş verir. İkinci cəhddən sonra gözlənilər siqnal səslənir…
1961-ci il 12 apreldə «Vostok» kosmik gəmisində insan ilk dəfə kosmosa uçuş elədi və orada 1 saat 48 dəqiqə qaldı. 108 dəqiqəlik uçuş vaxtı Qaqarin öz müşahidələrini, hərəkətləri və sağlamlığı haqqında məlumat verirdi. «Vostok» gəmisi radiozonanı 4 dəqiqəyə keçdi. Yuranın səsi eşidilirdi. Sonra onun sözlərini yazan maqnitofon yazısını dinləyəndə hamı bir-birinə dəyir. Bir neçə dəfə dinləyəndən sonra dəqiqləşdirirlər: «Yerin kölgəsinə girirəm!». O vaxtlar hələ heç kim bilmirdi ki, Yerin kölgəsi nə deməkdir. Əlbəttə ki, nəzəri surətdə bilirdilər, amma Qaqarin bunu ilk dəfə öz gözləriylə görmüşdü.
Yerin başına fırlanandan sonra gəmi dayandı və Yerə tərəf istiqamət götürdü. Əyləc borularında nasazlığa görə mexanizm bir saniyə əvvəl dayandı. Gəminin bölünməsi 10 dəqiqə gecikmə ilə baş verdiyindən kosmonavt gözlənilən yerdən 110 km aralıda yerə endi. Mühafizə dəstəsi gəlib Qaqarini götürəndən sonra o «Tapşırığı yerinə yetirdim, verilmiş rayonda yerə endim. Özümü yaxşı hiss edirəm, sınıq və əziklər yoxdur. Qaqarin» deyə raport verdi. Sonrakı üç saatda Qaqarin suallara cavab verir, foto çəkdirirdi. Mərkəzlə əlaqə yaranan kimi o, Brejnev və Xruşova tapşırığı yerinə yetirməsi barədə şəxsən məlumat verdi. Sonra onu Moskvaya təyyarə ilə apardılar. Saat 9-da Kremldə hamı yemək masası arxasında toplaşıb sağlıqlar deyirdi. Amma qonaqlıq 11-də dağılışdı. Axı hamı bir sutka idi ki, ayaq üstəydi və gözlərini yuxu getməmişdi.
Ulduzlar pəncərədən də içəri girə bilir
Aprelin 13-dən etibarən Qaqarinin işi suallara cavab vermək, təssürat bölüşmək və foto çəkdirməkdən ibarət idi. Həmən axşamı o, artıq indicə sonuncu ilməsi vurulmuş mayor poqonlu kostyumunu geydi. Start haqqında xəbər gələn kimi Qaqarini bütün dünya sevdi və hamı onun şəklini gördü. Qəhrəmanın təbəssümü həmən dəqiqə əfsanəyə çevrildi. Görüşlər, göz yaşları, Xruşovla söhbət – o vaxtlar Qaqarin Xruşova allah kimi baxırdı. Sonra ölkənin və xaricin məşhurları onun əllərini sıxmağa, qucaqlamağa bir qədəh içməyə çalışırdı. Şöhrət isə bitmirdi, o adiləşirdi.
Aviasiya polkunun baş leytinantı Yerə enən kimi bir neçə dəqiqədən sonra mayor olur. Az keçməmiş Xruşovda qucaqlaşıb şəkil çəkdirir, sabahısı gün isə partiya və dövlət liderləriylə Movzoleydə bir yerdə danyanır. Hamı onun portretlərini əllərində tutub onu alqışlayırdı. Qəhrəmanlar istehsal eləyən sovet maşını artıq işə düşmüşdü. Vəzifələr də elə bil ki, göydən səpələnirdi – kosmonavtlar dəstəsinin komandiri, Ali Sovetin deputatı, kosmonavtlar hazırlama mərkəzinin rəisi. Sonra isə Qaqarin şöhrəti sərhədləri adlayanda KQB nəzarəti altında onu dünyanı gəzdirib lovğalanmağa başladılar. Diplomatik görüşlər, konsultasiyalar, məzuniyyətlər, ölkələr, prezidentlər, zavodlar, fabriklər və yenə də insan seli... Bir də ki, o həmişə gülməliydi, heç olmasa təbəssüm göstərməliydi. Onun gülüşü də SSRİ-nin simvoluydu. SSRİ-də qəhrəmanların psixi durumuylu maraqlanmırdılar. O sözsüz xoşbəxt olmalıydı, yoxsa qəhrəman olmazdı ki?..
Bəzən Qaqarin şöhrət onu haldan salır, az qala huşunu da itirməyə az qalırdı. Çoxlu əfsanələrə inansaq Amerikada olarkən onun mehmanxana nömrəsinə Cina Lollobricida pəncərədən dırmaşmışdı. Qəhrəmanın yanına bütün yolları KQB agentləri yaxşıca bağlamışdılar. Dünya ulduzu pəncərədən içəri girərkən sadə kənd oğlanının vəziyyətini təsəvvür eləmək çətin olmaz…
İlk kosmonavt simvoldur, risk eləmək olmaz
Heç kim və heç vaxt bilməyəcək ki, Qaqarin əslində necə ölüb. Sovet höküməti yaratdığı əfsanələri qorumağı da bacarırdı. Müasirlərinin bəzi xatirələri da var ki, sovet dövründə onları ortaya çıxarmırdılar. Məsələn Qaqarinin oxuduğu vaxt uçilişdə işləyən Qriqori Serkovun xatirələri maraqlıdır. Uçilişdə belə bir qanun vardı ki, təyyarəni səlist, rahat oturda bilməyənləri uçuşdan həmişəlik kənarlaşdırırdılar. Qaqarinin uçuşunda çatışmazlıqlar olmasa da təyyarəni yerə oturdanda burnu hər dəfə qaçır və kəskin enmə alınırdı. Nəzəriyyəni çox yaxşı bilən Qaqarin hər dəfə təyyarəyə oturanda bu hadisə baş verirdi. Artıq onun qırıcı aviasiyadan getməsi məsələsi qoyulmuşdu. Bunu eşidən Qaqarin hətta «Mən uçmasam yaşaya bilmərəm» deyərək gizlində də ağlayırdı. Səbəb isə çox sadə idi - boyunun balacalığına görə enmə anında bir neçə santimetri çatışmırdı. Qaqarinə məsləhət görürlər ki, oturacağına döşəkcə qoyub hündürləşdirsin. Qaqarinin boyu ortadan aşağı sayılırdı - 165 sm. Növbəti imtahanda hər şey yaxşı alındı. O vaxtdan bəri Qaqarin döşəkcəsi olmadan təyyarəyə oturmur.
Qaqarin ikinci uçuşu çox arzulayırdı. Amma onu qoymurdular. «İlk kosmonavt simvoldur, risk eləmək olmaz» deyirdilər. Kosmosa ilk uçuşdan sonra Qaqarinə uçmağı qadağan eləmişdilər. Bəziləri deyir ki, daimi qonaqlıqlarda içməyə adətkar olduğundan onu sükana yaxın buraxmırdılar. Əslində isə hökümət ilk kosmonavtı tarix üçün qorumaq qərarına gəlmişdi. Kosmosda Vladimir Komarov vəfat eləyəndən sonra isə Qaqarin üçün kosmosu həmişəlik bağladılar.
Belə təntənədən ilk dəfə Krım sanatoriyasında başını partladanda ayılmışdı. Qaqrinin alnı partlamış və çapığı ömrünün sonuna kimi qalmışdı. Birinci versiyaya görə guya Yuri dənizdə çimirmiş və böyük dalğa balaca oğlanı batırırmış. Qaqarin uşağı xilas edib qayalığa çıxarda bilir amma öz başı qayalara dəyib partlayır. İkinci versiyaya görə isə Qaqarin gözəl tibb bacısıyla maraqlanıb, amma kimsə onun otağa girdiyini görüb. Qaqarin əsil centlimen kimi ikinci mərtəbənin pəncərəsindən tullanmalı olub. O, kərpiç tikilinin üstünə yıxılıb və başını partladıb. Sonralar partiya içclaslarında qonaq sifətində dəvətlər alan vaxt qəzetçilərə Qaqarinin şəklini çəkməyi qadağan eləmişdilər. KQB buna xüsusi nəzarət eləyirdi.
Qəhrəmanlar cavan ölür
1968-ci ilin 27 martında Qaqarin məşq uçuşlarından birində qəzaya uğrayıb vəfat eləyir. Rəsmi hesabatda qəzanın hava şəraiti ilə bağlılığı səbəb kimi göstərilirdi. Amma qəzanın səbəbləri indiyədək tam aydın deyil. Həmən gün Qaqarin üç dəfə havaya qalxmalıydı. Birinci uçuşda xüsusi pilotaj proqramını yerinə yetirməliydi, çünki bunsuz onu açıq havaya buraxmazdılar. Bir az fikirliydi, çünki arvadı mədəsindən əməliyyat edilmişdi və hələ də xəstəxanadaydı. Əvvəl həkimdən keçdi, sonra komandirə yaxınlaşdı, mühəndisdən texniki hazırlığı öyrəndi və sonra sinoptikdən məlumat aldı. Havaya qalxandan 5 dəqiqə sonra Qaqarin xəbər verdi: «625, zonada yerimi tutdum». Bütün fiqurları yerinə yetirməkçün Qaqarinə 20 dəqiqədən artıq vaxt lazım idi. Amma beş dəqiqə sonra o, «Tapşırığı yerinə yetirdim. Enməyə icaz verin» dedi. Onunla birgə uçan Seryoqin uçuş vaxtı bir dəfə də efirə çıxmadı. Ola bilər ki, artıq havaya qalxan kimi onun halı dəyişmişdi. O artıq neçə gün idi ki, özünü çox pis hiss eləyir, hətta bir neçə gün idi ki, yediyinə də qaytarırdı. Uçuş vaxtı Seryoqinin halı pisləşir və öz ağırlığını rula salıb huşunu itirir. Qaqarin isə təyyarənin trayektoriyasını düzəltməyə nə qədər çalışsa da gücü çatmır.Qaqarin nə komandiri pis vəziyyətdə qoymaq, nə də onu ölümlə təkbətək buraxıb paraşutdan tullanmaq istədi. Axı o, Qaqarinin özü idi! Əlbəttə ki, o paraşutla tullansaydı heç kim, heç vaxt ona bir kəlmə də irad tutmazdı. Cəsədlərin hissələrinin loboratoriya analizləri bir daha təsdiqlədi ki, Qaqarin sonacan təyyarəni oturtmaqçün çarpışırdı, amma Seryoqinin hüceyrələri qəza anında artıq ölü idi.
Birinci gün Seryoqinin meyitinin qalıqlarını və Qaqarinin portmonesini tapırlar. Qalan hissələri sabahısı gün tıpılır. Qaqarinin ölümü ilə bağlı söhbətlər ona görə kəsilmir ki, qəza yerinin tədqiq edən dövlət komissiyasının rəsmi rəyi indiyədək açıqlanmayıb. Dəlilllər toplanandan az keçməmiş bu məsələ məxfiləşdi və sakitcənə unuduldu.
…Bir ay sonra Valentina qəza yerinə getdi. İri artıq su dolmuş çuxurun yanında o, bir qırıq gümüşü metal tapdı. O vaxtdan o gülümsəmir və heç vaxt da ağlamır. Hər il ilk kosmonavtın ad günü 9 martda ailə birlikdə yığışırlar. Qaqarinin qızları hesab eləyir ki, anaları ən xoşbəxt qadındır. Axı dünyada ikinci Qaqarin yoxdur.
«Olursansa birinci ol»
Qaqarin kosmosa uçuşdan əvvəl arvadına məktub yazıb qoymuşdu ki, sağ qayıtmasa ona versinlər. Bu məktubu Valentina təyyarə qəzasından sonra aldı: «Mənim əzizlərim, Valeçka, Lenoçka və Qaloçka! Sizinlə sevincimi bölüşmək istəyirəm. Axı sadə insana bu boyda böyük vəzifə etibar eləiblər – kosmosa yol açmaq! Bundan artığını arzulamaq olarmı? Axı bu tarixdir, yeni eradır! … Texnikaya inanıram, o bizi aldatmaz. Amma o da olur ki, adam durduğu yerdə yıxılıb başını partladır. Əgər nəsə olsa xahiş edirəm özünü dərdə salma. Qızları düzgün böyüt, qoy təmbəl olmasınlar. Öz həyatını da necə ürəyin istəyirsə, elə qur…. Bilmirəm niyə məktub qəmli alınır. Mən inanıram ki, sən bu məktubu heç vaxt oxumayacaqsan. Həmişə vicdanla yaşamışam. Çkalovun dediyi kimi «Olursansa birinci ol» sözlərini uşaqlıqdan unutmuram. Mən bu uçuşu yeni cəmiyyətə, Vətənə və elmə həsr eləyirəm.»
Tale belə istəyirmiş. O, bəşəriyyətin yaddaşında həmişə cavan qalmalıydı…
Lətifə:
Mars canlılarının xalq məsəli: «Çağırılmamış qonaq Qaqarindən də pisdir».
***
- Belə! Kabinəyə oturun…. Getdik!!!
- Yo-ox… sağolun… mən piyada da gedərəm.
- Oturun deyirəm, getmək lazımdı!!!
- Minnətdaram… yolum uzaq deyil.
- Yoldaş Qaqarin, tez olun kabinəyə girin. Adamların bayramını korlamaq yaxşı deyil, axı…
Tarix: 30.11.2014 / 19:31 Müəllif: Aziza Baxılıb: 346 Bölmə: Müxtəlif