«Nacins, mənəvi cəhətdən sarsaq, əbləh olan Lenin öz fəaliyyəti ilə dünyada ən varlı ölkələrdən birini yerlə-yeksan elədi, bir neçə milyon insanı qırdı. İndi dünya o qədər havalanıb ki, onun dahi, yoxsa İblis olması barədə mübahisələr də eləyir. Qanlı taxtına dırmaşanda artıq o, 4 əlli dayanmışdı. İngilis fotoqrafları onun şəklini çəkmək istəyəndə o, dilini çıxarıb hırıldayırdı. Təkcə Rusiyaya görə yox, bütün Avropaya görə narahat olursan. Axı, Allahın qəzəbi mütləq insanların başına düşəcək, bu, həmişə belə olub…».
Bunin
«Heç bir Asiya istilaçısı, nə Tamerlan(Teymurləng), nə Çingiz xan Lenin qədər şöhrətə layiq görülməyib. Onun məqsədi dünyanı xilas etmək, üsulu isə dünyanı partlatmaqdır. O hər şeyi, Allahı, çarları, ölkəni, əxlaqı, məhkəməni, borcu, maraqları, qanunları, əsrlərin ədətlərini, insan cəmiyyəti kimi strukturları - hamısını ayaq altına saldı. Nəhayət o özünü də məhv elədi».
U. Çörçill
Anormal və həyasız
Evdə üçüncü uşaq olan Volodya ilk illər valideynlərini narahat eləyirdi. Bacısı Anna yazırdı ki, o, çox səs-küylü və qışqırıqçı idi. Çox yavaş inkişaf eləyir və özünə qarşı həmişə diqqət tələb eləyirdi. Özündən yaş yarım kiçik bacısı ilə eyni vaxtda gəzməyə başlayan Volodya, ondan fərqli olaraq, yıxılan kimi başını yerə çırparaq çığırıb köməyə çağırırdı. O vaxilar anası da çox narahat idi ki, görəsən, uşağı əqli cəhətdən geri qalmayıb ki? Çünki Volodya doğulanda mamaça çağaya baxıb qəribə görkəmli uşağın ya qeyri-adi ağıllı, ya da son dərəcə axmaq olacağını ehtimal eləmişdi.
Amma gimnaziyada o, özünü çox yaxşı aparırdı. Düzdür, heç kimlə dava eləməsə də, hes kimlə dostluq da eləmirdi. Özü sataşan olmasa da, ona artıq söz deyənlərin cavabını verə bilirdi. Artıq ilk siniflərdə Volodya dərslərin özünə də dəyər verməyi bacarırdı. Hansı dərslə məşğulluğun vacib, hansının boş, lazımsız olduğunu özü təyin eləyirdi. Ona görə də 9 yaşında musiqini və gözəl rəsm çəkmək qabliyyətinə baxmayaraq rəssamlığın daşını atdı.Vladimir Lenin,boloşevik,
Vladimir İliç, yoxsa İvanoviç?
Uzun illər bizim beynimizə yeridilən idellik səhnədə,adətən, ana piano arxasındadır, uşaqlar hamısı kitab oxuyur, haradasa bir qıraqda ailə başçısı İlya Nikolayeviç durub, çox vaxt isə iş masası arxısındadır. Amma ailənin daimi qonağı olan həkim İvan Sidoroviç Pokrovskinin adını heç yerdə çəkmirdilər. Amma onlar, yəni anası Mariya Aleksandrovna ilə ailə həkimi münasibətlərini gizlətmirdilər. İlya Nikolayeviç daim işlə bağlı səfərlərdə olanda onlar birlikdə şəhərdə gəzişməkdən, əl-ələ tutmaqdan çəkinmirdilər. Əsl atasının adını götürsəydi, Lenin Vladimir İliç yox, İvanoviç olmalıydı. Moskvada Leninin Mərkəzi muzeyində Vladimir Ulyanovun Sankt Peterburq İmperator universitetini bitirməsi barədə diplom saxlanılır. Orada Vladimir İliç yox, İvanoviç yazılıb. Sonradan cızıqlanıb üstündən İliç əlavəsi edilib. Maraqlıdır, görəsən, səhv yazılmış diplomunu Ulyanov niyə geri qaytarmayıb, yaxud sonradan dəyişdirməyib? Deyəsən, marksizm-leninizm tarixçiləri bu dəfə də siyasi liderlərinin bioqrafiyasına müdaxilə eləyib onun atasının adını belə kobud tərzdə dəyişdiriblər. Leninin xatirələrini «redaktə» eləyən bacısı da sonradan ailə həkimi obrazını mümkün qədər az ortaya atmaqçün bəzi dəyişikliklərə yol verib. Leninin əsl atası tarixə ona ilk inqilabi kitabları verən «tanış həkim» kimi daxil ola bilib.
Ailə də siyasi addımdır
23 yaşında olanda bacısının rəfiqəsi Apollinariya Yakubova ilə onun arasında incə hisslər yaşanırdı. İkl dəfə həbsdən çıxanda Kuboçka adlandırdığı bu qız onu türmənin qapısında gözələyirdi ki, boynuna sarılsın. Amma Apollinariya Vladimirin pəncərələri altında keşik çəkməyə Nadejda Krupskaya adlı rəfiqəsi ilə birgə gələrdi. Ona görə də bəzi bioqraflar hesab edir ki, Krupskaya ilə Leninin nigahı daha çox siyasi addıma bənzəyir. Özü seçməli olsaydı, incə hisslər bəslədiyi Apollinariyani seçərdi.
30 yaşında olanda Ulyanov Parisdə İnessa Armand adlı yarı fransız, yarı ingilis olan xanımla tanış olur. 5 uşaq anası və dul qadın olan İnessa, fotolara inansaq, Nadejda Krupskayadan fərqli olaraq çox gözəl idi. Krupskaya və Armandın münasibətləri pis deyildi. Çünki 1911-ci ildən etibarən Ulyanovların qonşuluğuna köçən Armand ailə dostuna çevrilmişdi. Həm də sonsuzluqdan əziyyət çəkən Ulyanovlar ailəsi Armandın 5 uşağı ilə başını qatırdı. Onlar Parisdə də, sonradan Moskvada da həmişə qonşuluqda yaşayıblar. Armand Leninə tərcümələrdə kömək eləyir, şəhərkənarı gəzintilərdə, dil öyrənmək dərslərində birlikdə olurdular. Amma İnessa feminizm haqqında kitab yazıb «azadlıq və sevgi» tələb edəndə Lenin onun yazdıqlarını «proletarlıqdan uzaq burjua münasibətləri» adlandıraraq tənqid eləyəndən sonra onların münasibətləri soyudu.
Komadakı cənnətdə
Leninin son zamanlar aşkarlanmış məktubları onun ailəcanlı obrazına yeni, hətta gözlənilməz çalarlar qatdı. Leninin Razliv stansiyasında təqibdən gizlənib samandan düzəldilmiş komada yaşaması faktını sovet tarixçiləri tamam başqa cür təqdim edirdilər. Əslində o, Zinovyevlə birgə orada istirahət eləyir, balıq tutur, gün vannası qəbul eləyib hərdənbir inqilabın kursunu müəyyən edən yazılar da yazırmış. Leninin Zinovyevlə cinsi əlaqələrini sübut eləyən bir sıra məktubları qalıb. Lenin : «Yoldaşlar mənə bir sakit və təhlükəsiz yer təklif eləyirlər. Mənə qoşul, hamıdan qıraqda gözəl günlər yaşaya bilərik. Mənimlə təklikdə qalmaq istəsən, xəbər elə. İki nəfər üçün yer hazırlamağı tapşıraram…»
Zinovyevin vafalılıq andı: «Əzizim Vova. Bilsən səninçün nə qədər darıxmışam. Səndən sonra mən heç kimə əlimi də vurmamışam... ».
Zinovyev keçmiş günləri belə xatırlayır: «Mənə cavab yazmırsansa, deməli, unutmusan. Mənsə ikimizçün gözəl bir yuva qurmuşam, burada bizə heç kim mane olmaz. Yadındadır, Jenevada o qadından gizlənməkçün nə oyundan çıxırdıq? Bu dəfə bizi heç kim ayıra bilməz…». O qadın deyəndə, Nadejda Krupskaya nəzərdə tutulurdu. Nadejda onları bir yerdə haqlayaraq izahat tələb eləmiş, sonra Leninin tam etirafını dinləyib o da bu əhvalatın ört-basdır edilməsində yaxından iştirak edirmiş. Sevgililər arasında arabir qısqanclıq səhnələri də yaşanırdı: «Vova, səndən uzaq olanda mən hər dəfə sənin mənə xəyanət elədiyini düşünürəm. Xasiyyətini tanıyıram axı, ay dəcəl. Mən bilirəm ki, riyakarlıq eləmək sənə necə çətindir. Yaxşı ki, Nadyadan heç nə gizləmək lazım deyil…», «… Qısqanclığımın səbəbi var. Mən bəyəm bilmirəm ki, iri aləti olan kişi görəndə sənin balaca gözlərin necə yanır? Yəqin ki, Leybanı (Leyba Trotski - G. R) sən yoldan çıxarmısan». Cavabında Lenin yazırdı: «Məndən incimə, Qerşele. Bilirsən ki, mən nəvazişsiz qala bilmirəm. Xüsusilə də belə siyasi gərgin vaxtlarda. Leyba isə məni qayğıyla əhatə eləyir. Sən mənə bu zəifliyimi bağışlarsan, yəqin». Əlbəttə ki, bütün məktublaşmalardan xəbəri olan Krupskaya onların əlaqəsini sonacan gizləmək fikrində deyildi, xüsusilə də Lenin yaralanandan sonra: «Xahiş edirəm, mənim ərimi görüş haqqında yalvarışlarınızla təngə gətirməyəsiz. Bu arsızlığa nə qədər dözməliyəm?! Bilirsiz ki, İliç xəstədir və sizin şuluqluğunuz ona baha başa gələ bilər. Mən ərimin sağlamlığının qeydinə qalıram…».
Bu məktublar uzun illər arxivdə xüsusi gizlilik şərti altında saxlanıb. Stalin onları oxumuşdu, amma nədənsə məhv eləməmişdi. O, bu məktubları Lenin obrazını yıxmağa qadir olan güclü silah kimi saxlayırdı…
Dahilərin dahisi, yoxsa atom bombası
Bu yaxınlaracan milyonların baş əydiyi insana dahilərdən dahisi də deyirdilər. Bəli, o, dahi taktikaçı və qiyamlar dövrünün siyasətçisi idi. Rus xalqına tələ quranlar başqaları olsa da, onun partiyası qalib gəlmişdi. Qalib hüququndan istifadə edərək, o, öz dövlətini yaratdı. Ona antixrist, mürtəd və İblisin qarışığı deyən Qriqoriy Klimov Leninə özündən sonra nəsil qoymadığı və nacinslər törətmədiyi üçün minnətdarlıq eləyirdi. Onu alman casusu sayırdılar. Çünki Almaniya və Rusiya arasında müharibə zamanı surğuclanmış vaqonda onu atom bombası kimi Rusiya ərazisinə ötürmüşdülər. Həqiqətən də Leninin fəaliyyəti rus xalqı üçün atom partlayışı kimi oldu. Mənbələrin əksəriyyəti Lenini rusofob, yəni rus xalqından qorxan adlandırır. Əslində isə o, qanında rus, yəhudi, çuvaş, kalmık, alman və şved qarışığı olsa da özünü rus sayırdı.
Lenin meydana atılanda nə Rusiyada, nə də xaricdə heç kimin ağlına gəlməzdi ki, bolşeviklər hakimiyyəti ala bilərlər. Lenin çıxışlarını şəraitə uyğun qurur, sonra onları qəribə öncəgörməliklə korrektə eləyirdi. Lazım gəlsəydi, Marks təlimini qulaqlarından tutub lazımi istiqamətdə «sürüyə» də bilərdi. Siyasətçi kimi o, ən əvvəl azartlı oyuncu idi. Cəsarətli, əzmli, ağıllı və təcrübədən tez nəticə çıxarmağı bacaran oyunçu.Vladimir Lenin,qırmızı terror,inqilab,
Qırmızı terror
Lenin terrorun ən güclü tərəfdarı və ilhamlandırıcısı idi. Aktiv hərbi əməliyyatlar vaxtı Lenin bir sıra terror əmri verən sənədlər imzalayıb: «… Bütün qüvvələri səfərbər eləyib kütləvi terror törətmək lazımdır. Əsgərləri yoldan çıxaran və içirdən yüzlərlə fahişənin hamısını güllələmək gərəkdir… »
Lenin vaxtaşırı Qafqaza belə məzmunlu teleqramlar göndərirdi: «Hamısını doğrayacağıq!».
Dzerjinskinin bir milyona qədər kazakın əsirlikdə olması barədə məşhur məktubunun qırağında Lenin «Hamısını bir nəfər kimi güllələmək!» yazmışdı. Lenin Penzadakı bolşeviklərə belə bir əmr göndərmişdi: «100 nəfər varlı kəndlini asmaq, mütləq asmaq lazımdır ki, xalq görsün. Bu edamı yerinə yetirməyə ən qəddar adamları seçmək gərəkdir».
Dzerjinskiyə məktubundan: «Din və keşişlərin axırına mümkün qədər tez çıxmaq lazımdır. Keşişləri kontrinqilabçılar kimi həbs eləmək və hər yerdə qəddarcasına güllələmək lazımdır. Kilsələri bağlayıb məbədləri anbarlara çevirmək yaxşı olardı».
Stalin və Lenin
Tarixə «Leninin vəsiyyətnaməsi» adıyla daxil olmuş sənəd 1956-cı ilə qədər çox böyük səylə xalqdan gizlədilirdi. Çünki bu sənəddə Lenin Stalin haqqında belə yazırdı: «… Yoldaş Stalin baş katib olandan bəri əlində böyük hakimiyyət topladığından, mən əmin deyiləm ki, o, bu hakimiyyəti lazimi səviyyədə istifadə edə biləcək. ..Stalin çox kobuddur. Ona görə də mən həmən vəzifəyə başqasını qoymağı məsləhət bilirəm… »
Köhnə çekistlərin danışdıqlarında az qala lətifə kimi yayılan amma olmuş bir əhvalat var. Krupskaya bir dəfə Stalinə şikayət eləyir: «Lenin idarəsindəki bütün cavan qızlarla yatıb, indi başqa şöbələrə əl atmaq istəyir. Xahiş edirəm Mərkəzi Komitəni yığıb bir tədbir tökəsiniz…». Bu məsələ ilə bağlı iclasda hamı, hətta Lenin özü də təbəssümünü yığışdıra bilmirdi. Müzakirələrdə Lenin, şübhəsiz, günahkar sayıldı və qərara alındı ki, Krupskayanı partiya işlərindən azad etmək lazımdır ki, dahi rəhbərin arvadı kimi öz evlilik borcunu layiqincə yerinə yetirə bilsin. Nadejda Krupskayanın qapını çırpıb getməkdən başqa əlacı qalmamışdı. Məhz bu hadisədən sonra Stalin Krupskayaya qarşı olan antipatiyasını gizlətmədi. Krupskaya isə qisas kimi Leninin Stalinə ünvanladığı məktubların vaxtında çatmasına maneçilik yaradırdı.
İblisin məbədi Mavzoleydə
Leninin ölümü hələ də 20-ci əsrin sirrlərindən biri kimi qaranlıqda qalmaqdadır. Stalinin Lenini zəhərləməsi versiyası təsdiqlənməsə də, səngimək də bilmir. Lenin yataqda olarkən Stalin partiya dostları arasında belə bir fikir yayırdı ki, Lenin əzablarının bitməsi üçün zəhər gətirməyi Stalindən xahiş edib. Trotski hesab edirdi ki, Stalin bununla özünü sığortalayır. İflicdən rəhmətə gedən Leninin meyiti dərhal analizlərdən keçirilmədiyindən, bu şaiyələr bir az da artmışdı. Çünki 16 saat sonra yarılan bədəndə ürək, ciyərlər və böyrəklər çox yaxşı vəziyyətdə olsa da, mədənin divarları dağım-dağım idi. Buna baxmayaraq, mədə şirəsi analiz edilməmişdi. Leninin ölüm bülleteni altında onun şəxsi həkimi öz imzasını atmamışdı. O, hesab edirdi ki, yarılma keyfiyyətsiz icra edilib. Leninin ölümündən sonra həbs edilən daha bir həkim Qavriil Volkov türmədə kamera yoldaşına danışmışdı ki, Lenini sonuncu görən məhz o olub. Lenin ölümqabağı əyri-üyrü həflərlə yazılmış kağız parçasını ona ötürə bilmişdi. Orada yazılmışdı: «Qavriluşka, məni zəhərlədilər… Nadyanı tez çağır…Trotskiyə de…, bacarsan hamıya danış… ».
Müəllif: Gülnarə Rəfiq [email protected]
Mənbə: Bizim Yol qəzeti
Lenin yəhudi imiş?
Rusiyanın GZT.ru saytının məlumatına görə, dünya proletariatının lideri, SSRİ-nin yaradıcısı, bir zamanlar Lenin baba adı ilə tanınan V.İ.Lenin, sən demə, yəhudi imiş. Bunu yenicə açılmış arxiv sənədləri sübut edir. Belə ki, Leninin böyük bacısı Anna Ulyanovanın məktubunda maraqlı bir fakt diqqəti cəlb edir. Orada yazılıb ki, Ulyanovlar ailəsinin ana tərəfdən babası Ukrayna yəhudisi imiş. Hansı ki, sonradan təhsil almaq imkanları qazanmaq üçün pravoslav-xristian dinini qəbul edib. Adıçəkilən məktub Rusiya Dövlət tarix muzeyində saxlanılır. O, illərdən bəri Leninin yəhudi olub-olmadığı barədə gəzən söz-söhbətlərə birdəfəlik son qoydu.
Anna Ulyanovanın 1932-ci ildə Stalinə göndərdiyi məktubda yazılır: "V.İ.Leninin babası Jitomir şəhərində yaşayan Moisey Blank adlı bir yəhudi idi. Bu, doğum şəhadətnaməsində də yazılıb. Vladimir İliç həmişə yəhudilər haqda yüksək fikirdə olub. Mən təəssüf edirəm ki, bizim yəhudi köklərimiz barədə onun xəbəri olmayıb." Qeyd edək ki, o zamanlar kommunistlər arasında da antisemitizm baş qaldırmışdı və yüksək təbəqələrdə yəhudilər arzuolunmaz insanlar kimi tanınırdılar. Odur ki, məhz həmin ərəfədə Leninin bacısı ölkə başçısına açıq məktub ünvanlamalı olmuşdu. Məktubda daha sonra yazılırdı: "Eşitmişəm ki, axır vaxtlar antisemit əhval-ruhiyə kommunist sıralarında artıb. Ona görə gizlətmək lazım deyil ki, dahi rəhbər V.İ.Lenin də yəhudi olub."
Yəhudiləri özünə rəqib bilən Stalin o zamanlar məktubun mətnini geniş ictimaiyyətə açıqlamayıb və hətta Anna Ulyanovadan bu sirri və məktubu məxfi saxlamasını tələb edib.
SSRİ tarixinə aid olan sənədlər 1990-cı ildən araşdırmaya açıq olsa da, 111 arxiv materialı, o cümlədən Leninin yəhudi olduğunu sübut edən məktub son zamanlar üzə çıxıb.
P.S. Lenin yəhudi olmasaydı, bap-balaca boyu ilə dünyanı 70 il barmağına dolamazdı...
Tarix: 30.11.2014 / 19:20 Müəllif: Aziza Baxılıb: 307 Bölmə: Müxtəlif