Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fərrux Qayıbov

Qayıbov Fərrux ağa Məmmədkərim ağa oğlu - ilk azərbaycanlı Hərbi pilot, İlya Muromets №16 adlı bombardumançının heyət üzvü, I Dünya Müharibəsi iştirakçısı, poruçik.

Həyatı

Araşdırıcı jurnalist Şəmistan Nəzirlinin sözlərinə görə, Qayıbovların şəcərəsi XV əsrə gedib çıxır. Şair Molla Vəli Vidadi də Qayıbovlardandır. Çar ordusunda "Artilerya allahı" sayılan Əliağa Şıxlinskinin də onlara qohumluğu çatır. Onun sevimli həyat yoldaşı ilk hərbi şəfqət bacısı Nigar xanım Şıxlinskayanın qızlıq soyadı da Qayıbova idi. Daha bir Qayıbov - İsmət Qayıbov da, nə yazıq ki, 1991-ci ildə göylərdə qeyb oldu. Dediyim odur ki, Fərrux ağa adını çəkdiyim və çəkmədiyim adamları yetirən hörmətli bir nəslinin davamçısıydı…


Fərrux ağa 1891-ci il oktyabrın 2-də, elə soyadı qədər şöhrətli bir kənddə doğulmuşdu - Qazax qəzasının Qıraq Salahlı kəndində. Atası Məmmədkərim ağa da hərbçi idi, praporşikdi, əla xidmətə görə "Müqəddəs Stanislav" ordeni də almışdı.

Atanın taleyi də oğluna bənzəyir. Cavankən dünyadan köçür. Fərrux ağaya əmisi, dövrünün maarifpərvər şəxsiyyətlərindən olan Səməd ağa baxası olur.

Kənddə 5 sinifli rus-azərbaycan məktəbini bitirir, sonra Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyur. 1910-cu ildə oranı əla qiymətlərlə bitirir, üçillik Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olur. Burada da ən çalışqanlardan olur, hətta topdan sərrast atəş açdığı üçün birinci mükafat alır. Birinci Dünya Müharibəsi başlayanda, onu Qərb cəbhəsindəki on birinci Aviasiya korpusuna göndərirlər. Poruçik Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Borınaya hücum edir, almanların mövqelərini bombardman edir, hər şeyi külə döndərir. Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir. Qayıbov onların üçünü yandırır və aldığı zərbədən təyyarə ilə yerə çırpılıb həlak olur. Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Səhəri gün alman təyyarələrinin atdığı kağızlarda Qayıbovun və heyətinin qəhrəmancasına vuruşaraq həlak olduğu və onlar tərəfdə şərəflə dəfn edildiyi yazılırdı. Almanlar qəhrəman təyyarəçilərin məzarı başında yaylım atəşi də açırlar.


Tarix: 11.01.2013 / 14:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 780 Bölmə: Müxtəlif
loading...