«Qarışqalar» (fr. Les Fourmis) — fransız yazıçısı Bernar Verberin "Qarışqalar" trilogiyasından ilk əsəridir. Hələ 16 yaşındaykən bu əsəri yazmağa başlayan yazıçı onu yalnız 1991-ci ildə çap etdirməyə müvəffəq olur. İki milyondan çox nüsxəsi satılan kitab 30-dan çox dilə tərcümə edilmişdir.
Mündəricat
1 Süjeti
2 Personajlar
2.1 İnsanlar
2.2 Qarışqalar
3 Şəhərlər
4 Maraqlı faktlar
5 Sitatlar
6 Xarici keçidlər
Süjeti
Əsər paralel mövcud olan iki "dünya"dan: qarışqaların və insanların sivilizasiyasından bəhs edir. Burada qarışqaların yaşadığı yer Paris yaxınlığındakı kiçik bir parkdır. Bütün roman boyu bu "dünyalar" əlaqədə olmur və hətta heç qarşılaşmırlar. Bu yalnız əsərin sonunda baş verir.
Qarışqalar tərəfdən hadisələr qış yuxusundan sonra qırmızı qarışqalar federasiyasının mərkəzi şəhəri olan Bel-O-Kan ətrafında cərəyan edir. Burada qəribə hadisələr baş verir: bir saatın içində ilk yaz ekspedisiyası zamanı 28 qarışqa həlak olur və onlardan yalnız 327№-li erkək qarışqa sağ qalır. Və bu fərd öz şəxsi təhqiqatını aparır, kraliça ilə görüşməyə can atır. Görüş baş tutsa belə, o kraliçanı öz doğruluğuna inandıra bilmir. Bir qədər sonra onun fikirlərini bölüşən iki qarışqa da ona qoşulur.
İnsanlar tərəfdən isə əsas personajlar mirmikologiya üzrə mütəxəssis, entomoloq-alim Edmond Uells, onun bacısı oğlu Conatan və ailəsidir. Edmondun ölümündən sonra onun Sibaritlər küçəsindəki 3№-li evi bacısı oğlu, keçmiş qaynaqçı Conatana çatır. İlk baxışdan bu ev ailənin xoşuna gəlir: o genişdir, rahatdır, işıqlıdır. Lakin evin gizli və qaranlıq zirzəmisi vardır. Əmisinin sirli həyatını və fəaliyyətini araşdırmaq məqsədilə bir gün Conatan ora enir və geri qaytımır. Onu tapmaq üçün gedən həyat yoldaşı, xilasetmə işçiləri, polis nümayəndələri , hətta kiçik oğlu Nikolya da zirzəmidə itir. Bir qədər sonra zirzəminin dərinliklərinə çata bilən iki alim və Conatanın nənəsi burada ağlasığmayan vəziyyətlə tanış olurlar..“Bu çoxmilyonluq şəhər torpağın səthində cəmi 2 kvadrat metr ərazini tutur. Onun sakinləri dünyanın ən əməksevər canlılarıdır. Onların bacarığı qaydalara tabedir - bu isə hər bir diktatorun arzusudur! Onların intellektinə həsəd aparmaq olar!
Onlar - qarışqalardır! Onlar bizim aramızda yaşayır. Bəlkə, elə biz onların arasında yaşayırıq? Hansı sivilizasiya daha həyat qabiliyyətlidir?”
Əsərdə Edmond Uellsin adından *"Nisbi və mütləq biliklər ensiklopediyası"ndan parçalar verilir.“"Aşağıdakı dörd sətrlik yazını oxuduğunuz bir neçə saniyə ərzində:
– Yer kürəsində 40 insan insan və 700 milyon qarışqa dünyaya gəlmişdir
– Yer kürəsində 30 insan və 500 milyon qarışqa ölmüşdür.
İnsanlar: boyları 1-2 metr arası olan məməlilərdir. Çəkiləri 30-100 kiloqram arasıdır. Dişilərinin hamiləlik dövrü 9 aydır. Qidası: hər şey. Təqribi sayları:7 milyard
Qarışqalar: boyları 0,01-3 sm arasında dəyişən həşəratlardır. Çəkiləri: 1-150 milliqram arasıdır. Yumurta qoyması:vəziyyətdən asılıdır. Təqribi sayları: milyar milyard fərd."”
Personajlar
İnsanlar
Edmond Uells — entomoloq-alim, yazıçı.
Conatan Uells — Edmondun bacısı oğlu. Əvvəllər emalatxanada qaynaqçı işləyirdi.
Lüsi — Conatanın həyat yoldaşı. Onlar metroda tanış olmuşdular. 13 ildir ki, evlidirlər.
Nikolya — ailənin yeganə uşağı. Bütün günü televizorun qarşısında oturmağı sevir.
Qarışqalar
56№-li: Şli-Pu-Kan şəhərinin banisi və sonralar Federesiyanın kraliçası olan Şli-Pu-Ninin ilkin adı
327№-li: "gizli" silahı tapmış Bel-o-kan şəhərindən olan cavan əsgər.
4000№-li: yaşlı və müdrik qırmızı ovçu
103683№-li: "gizli silah"ı tapmaq üçün 327№-liyə qoşulan əsgər
801№-li: kraliça Şli-Pu-Ninin oğlu və şəhərin ən yaxşı döyüşçüsü. Bel-O-Kan şəhərinə kəşfiyyatçı kimi göndərilir
Tarix: 16.03.2013 / 13:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 599 Bölmə: Kitablar elm