Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ - suallar və gerçəklər (kitab)

Qarabağ - suallar və gerçəklər - AMEA -nın alim heyyəti tərəfindən Türkiyədə Erkam matbaasında nəşr edilmiş kitab. Kitab tarixi - elmi xarakter daşımaqla beş bölmədən ibarətdir. "Karabağ tarihi" adlanan birinci bölmədə prof. Yaqub Mahmudov və Kərim Şükürovun Qarabağ tarixiylə bağlı araşdırmaları əksini tapmışdır.

"Karabağ’ın maddi - manevi kültürü" adlı ikinci bölmədə AMEA - nın Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri Qasım Hacıyevin Qarabağdakı maddi memarlıq abidələri haqqında böyük bir məqaləsi yer almışdır.

"Ermenistan - Azerbaycan, Yukarı Karabağ ihtilafının hukuki yönleri" adlı üçüncü bölmədə Bakı Dövlət universitetinin Hüquq fakultəsinin Kriminalogiya kafedrasının müdürü prof. Kamil Səlimovun Qarabağ münaqişəsinin hüquqi yönləri ilə bağlı araşdırması yer almışdır.

"Yukarı Karabağ ihtilafında Ermenistan’ın uluslararası hukuku çiğnediği durumlar" adlı dördüncü bölmədə Bakının Suraxanı rayon məhkəməsinin hakimi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Universitetinin professoru Vəfaəddin İbayevin Ermənistanın beynəlxalq qanunları pozması haqqında məlumatlarla zəngin məqaləsi yer almışdır.

"Ermenistan - Azerbaycan, yukarı Karabağ ihtilafı ve bilimsel yönleri" adlı beşinci və sonuncu bölmədə isə politoloq Fuad Həsənoğlunun Qarabağ münaqişəsinin yaranmasının tarixi kökləri və müxtəlif siyasi maraqların kəsişmə nöqtəsi olması haqqında məqaləsi yer almışdır.

Kitab Türkiyə türkcəsində, İstanbulda nəşr edilmişdir. Kitabın türkcə nəşr edilməsinin səbəbi əsasən Türkiyə oxucusu üçün nəzərdə tutulmasıdır.


Tarix: 14.03.2013 / 21:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 192 Bölmə: Kitablar elm
loading...