"İnsan ovu" - Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Təbəssüm Muxtarovadır.
Məzmun
Kökü Latın Amerikasının zəif inkişaf etmiş ölkələrinin ucsuz-bucaqsız plantasiyalarından gələn narkobiznes xərçəngi öz rişələrini bütün dünyaya atır. Beynəlxalq və milli polislər bu bəlaya qarşı mübarizə aparmaq məramı ilə qüvvələrini səfərbər edirlər. İqtisadiyyatları yox dərəcədə olan təzadlı ölkələrin narkobaronlarının variyyətləri isə artıq milyardlarla ölçülür. Narkobaronlara daha, sadəcə, nəhəng var-dövlət və hüdudsuz hakimiyyət kifayət etmir. Onlar bütün dünyanı lərzəyə gətirəcək və beynəlxalq iqtisadiyyat sisteminə böyük zərbə vuracaq “X gününü” – ABŞ və SSRİ kimi superdövlətlərin başçılarının qətli gününü hazırlayırlar. Dünya şöhrətli Dronqo bu dəfə özü üçün qeyri-adi səpkidən çıxış edəcək insan ovunda canlı tələ yemi rolunu yerinə yetirəcək. Əsər başgicəlləndirici macəralarla zəngindir. Ölüm-dirim mübarizəsində itkilər hesabına əldə olunmuş qələbələrin böyük siyasətə qurban verilməsi isə, hətta dəmir əsəblərə malik Dronqonu da məyus edir.
Tarix: 15.03.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 364 Bölmə: Kitablar elm