Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan dilinin orfoqrafiya lüğəti

Orfoqrafiya (düzgün yazı) qaydaları sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılişını müəyyənləşdirir.[1]

Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 29 illik fasilədən sonra sonuncu dəfə orfoqrafiya lüğəti 2004-cü ildə işıq üzü görüb. İlk orfoqrafiya lüğətinin həcmi çox kiçik olub. 1975-ci ilin lüğətində isə artıq 58 min söz var idi.

2004-cü ilin nəşrində, yəni hazırkı lüğətdə sözlərin sayını 22 min söz artıraraq 80 minə çatdırılb[2]. “Azərbaycan dilinin orfoqrafiya qaydaları” “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Orfoqrafiya lüğəti AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 10 mart 2004-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur.[3]

Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasinin Qanununa görə Azərbaycan dilinin təsdiq olunmuş orfoqrafiya normalarına hüquqi, fiziki və vəzifəli şəxslər əməl etməli, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.[4] Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.[5]

"Azərbaycan Respublikasının Dövlət Dili haqqında" Qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. 2004-cü ildə nəşr olunmuş lüğətdən sonra, növbəti lüğət 2012-ci ildə nəşr olunsa da, Prezident Administrasiyası tərəfindən kitabdakı ciddi qüsurlara görə isə AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib və Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verilmişdir


Tarix: 13.03.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Kitablar elm
loading...