Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Xəzər"in Sorağında

Xəzər Universitetinin yaradılma tarixi. Xəzər Universitetinin yaradılma tarixi haqqında Hamlet İsaxanlı tərəfindən yazılmış kitab.

Xəzər Universitetinin əsası 1991-ci ildə professor Hamlet İsaxanlı tərəfindən qoyulub. Xəzər Universitetinin əsasının qoyulması Sovet hakimiyyətindən müstəqilliyə olan keçid dövrünə təsadüf edir və Azərbaycanda yaradılan ilk özəl universitet kimi mühüm əhəmiyyət kəsb edir.Mündəricat
1 Giriş
2 Xəzər Universiteti ideyası necə yarandı?
3 Əsas problemlər və gələcək haqqında düşüncələr
4 Mənbə
5 Həmçinin bax
6 Xarixi keçidlər


Giriş

1990-cı ilin payızında professor Hamlet İsaxanlının ideyası əsasında yeni ali məktəb yaradılmasına başlanıldı. Bu fəaliyyətə nə üçün başlanıldı? İş necə getdi? Nə vaxt nə iş görüldü? Hansı çətinliklər meydana çıxdı və onlar necə aradan qaldırıldı? Bu və digər suallara ən düzgün cavabı, yəqin ki, Xəzər Universitetinin təsisçisi, qurucusu və rektoru Hamlet İsaxanlı verə bilər. O, Xəzər Universitetinin təsisi üçün zəruri olan hazırlıq işləri, ilk quruculuq işləri, sevinc və kədər doğuran hadisələr, bu prosesdə iştirak edən insanlar haqqında yazdığı sənədli hekayələri və ya povesti ilk dəfə 1996-97-ci illərdə "Xəzər Xəbər" jurnalında azərbaycanca [1], həmin jurnalda 2001-ci ildə rusca [2] və 1998-ci ildə "Journal of Azerbaijani Studies" jurnalında ingiliscə [3] dərc etdirdi. Həmin yazılar bir kitabda, üç dildə (azərbaycanca, rusca, ingiliscə) 2006-cı ildə "Xəzər Universiteti Nəşriyyatı"nda işıq üzü gördü...[4]

"Xəzər Universitəsinin yaradılması və inkişafı ilə bağlı gerçəklər xatirimdə silinməz izlər buraxmışdır. Hadisələri düşüncəmin süzgəcindən keçirərək olduğu kimi tam səmimiyyətlə oxuculara çatdırmaq iddiasındayam. Ümid edirəm ki, "Xəzər"in sorağında keçirdiyim günləri yenidən və sizinlə bərabər yaşayacağıq". (Hamlet İsaxanlı)

Xəzər Universiteti ideyası necə yarandı?

1980-ci illərdən başlayaraq Hamlet İsaxanlı dünyanın bir sıra universitetlərini tədqiq etmişdir və eyni zamanda Azərbaycanda təhsil sistemini bu baxımdan təhlil etmişdir. Onun fikirləri "Bakinskiy Rabochiy" qəzetində rus dilində, bir az sonra isə "Kommunist" qəzetində azərbaycan dilində çap olunan "Elm və Təhsil Sistemi haqqında mülahizələr" məqələsində öz əksini tapmışdır. Bu məqalələrdə həmçinin Azərbaycanda qurula biləcək yeni bir universitet modeli haqqında təsəvvür formalaşdırmışdir.

İsaxanlıya görə ali təhsil sistemində bir tərəfdən addım-addım islahatlar aparılmalı, digər tərəfdən isə Qərbi Avropa və Amerikan ali məktəb modellərini Azərbaycan şəraitinə uyğunlaşdırmaqla yeni növ universitetlərin əsası qoyulmalıdır. O siyasi və iqtisadi sistemdə plüralizm əlamətlərinin artdığı həmin dövrdə özəl universitetlərin yaradılmasını real imkan hesab edir və bu yolla təhsil sisteminin yeniləşməsinə inanırdı.

Əsas problemlər və gələcək haqqında düşüncələr

""Xəzər"in sorağında keçirdiyim günlər, aylar və illər "adı elə bəlli olan, ölkə-ölkə aranan" bir universitənin yaranmasına gətirib çıxaracaqmı?" (Hamlet İsaxanlı)

Hamlet İsaxanlı 1990-cı ilin payızında universitetin qurulma planını hazırladı. Bu plan həmkarlarının dəstəyi ilə Azərbaycanın Baş naziri Həsən Həsənova təqdim edildi. 1990-cı il dekabrın 20-də Baş nazır "İngilisdilli Azərbaycan universitetinin yaradılmasına hazırlıq işləri aparılması haqqında" sərəncam imzaladı. Bu, yaxın gələcəkdə Xəzər universiteti adlandırılacaq ali məktəbə aid ilk hökumət sərəncamı idi.

Yaradılma yolunda bir sıra maneələrə baxmayaraq, universitet 1991-ci il mart ayının 18-də Baş nazir "Ingilis dilli Azərbaycan Universitetinin yaradılması haqqında" qərar imzaladı. H. İsaxanlı çox keçmədən elmi şuranın qərarı ilə bu yeni ali məktəbi "Xəzər Universiteti" adlandırmaq fikrini həyata keçirdi.

Əvvəlcə Lenin prospektində yerləşən Xalq Təsərrüfatını İdarəetmə İnstitunun binasında 20 hazırlıq tələbəsi ilə işə başlayan universitet tezliklə Əhmədlidə yerləşən 240 nömrəli uşaq bağçasının binasını yeniləşdirib öz fəaliyyətini orada davam etdirdi.

"İnşallah! Yolçü yolda gərəkdir..


Tarix: 13.03.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 268 Bölmə: Kitablar elm
loading...