Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəzz qalası (kitab)

Bu adın digər istifadə formaları üçün, bax: Bəzz qalası (dəqiqləşdirmə).Bəzz qalası

Müəllif:Tahir Navahı
Janr:Bədii ədəbiyyat
Orijinalın dili:Azərbaycan dili
Rəssam:Şəfiqə Allahverdiyeva
Nəşriyyat:"MBM" MMC mətbəəsi
Nəşr:2010
Səhifə:440
Növ:kitab
Tiraj:1000
ISBN 978-9952-29-030-1 (qrifli nəşr)



"Bəzz qalası" – Tahir Navahının yazdığı dini-tarixi roman. Əsərin redaktoru Orxan Əli (Cəfəri), məsləhətçisi Seyid Musarza Musəvidir (Kəlbi).

Məzmun

"Bəzz qalası" tarixi romanı Tahir Navahının ilk bədii əsəridir.

Roman IX əsrdə yaşamış iki böyük tarixi şəxsiyyətə – İmam Rza (ə)-a və Babək Xürrəmdinə həsr olunmuşdur. Əsərdə Azərbaycan xalqının ərəb işğalçılarına qarşı apardığı inadlı mübarizə təsvir olunur. Əsərdə göstərilən İmam Rza (ə), Babək, Tərxan, Rüstəm, xəlifə Məmun, Fəzl ibn Səhl, Səhl ibn Sumbat, Yəhya ibn Muaz, səyyah İbn əl-Fəqih tarixi şəxsiyyətlərdir. Seyid Əliramazan, Balaəmi, Artık bəy isə ümumiləşdirilmiş obrazlardır. Əsərdə İmam Museyi-Kazım (ə)-ın dörd qızının – Həkimə xanım, Rəhimə xanım, Leyla xanım və Xədicə xanımın Azərbaycana – Nardarana gəlməsi bədii boyalarla göstərilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur və şəhərin bütün kitab mağazalarında satışdadır.
Azərbaycanın ilk dini bədii romanı hesab olunur.


Tarix: 14.03.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 378 Bölmə: Kitablar elm
loading...