Cuvarlı və Cuvarlılar — Ənvər Çingizoğlu və tədqiqatçı Rafiq Mahmudovun 2012-ci ildə nəşr olunmuş kitabı.Mündəricat
1 Kitab haqda
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər
Kitab haqda
Jurnalist-etnoqraf Ənvər Çingizoğlu və tədqiqatçı Rafiq Mahmudovun “Cuvarlı və Cuvarlılar” adlı kitabı Azərbaycan xalqının etnogenezində, iqtisadiyyatında, maarif və mədəniyyətində önəmli rol oynayan Cuvarlı kəndindən (Füzuli rayonu) və Cuvarlılar (Cuvarlinskilər) soyunun ömür yolundan bəhs edir.
Kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru Nazim Əlifov, rəyçiləri tarix elmləri doktoru, professor Nərgiz Quliyeva və tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Mahal Qacardır.
Kitabda bu nəsillə bağlı XVIII, XIX, XX yüzilliklərdə Qarabağda, xüsusilə Cuvarlı kəndində baş verən önəmli olaylar arxiv materialları və həyat salnamələri əsasında qələmə alınıb. Kəndin demoqrafik mənzərəsi yaradılıb. Kitab giriş və beş fəsildən ibarətdir.
Nəşrdə Qarabağın zəngin, maraqlı və dramatik keçmişə malik Cuvarlılar soykökünün təxminən 300 ili əhatə edən dövrü ilk dəfə tarixi-bioqrafik şəkildə araşdırılıb. Eyni zamanda kəndin əsasını qoyan Cuvarlılar nəslindən, bu nəslin Azərbaycan xalqına bəxş etdiyi istedadlı sənətkarlardan, görkəmli elm, incəsənət xadimlərindən və nəhayət sadə, zəhmətkeş övladlarından bəhs edilir.
Tarix: 14.03.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 298 Bölmə: Kitablar elm