Laçın-Qədim Oğuz yurdu - Əli Umud oğlu Əliyevin Hacısamlı nahiyəsinin (indiki Laçın rayonu) keçmiş tarixi və hal-hazırkı durumundan yazdığı kitab.
Azərbaycan Elmlər Akademiyası, Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Əli Əliyevin yazdığı bu kitab Qədim Oğuz yurdu olan Qarabağın bir hissəsi, Hacısamlı nahiyəsi və Hacısamlı camaatı haqqında, xüsusən, bu elin-elatın tarixi, tanınmış şəxslərinin yaşam yolundan bəhs edir. Kitabda arxiv sənədlərindən daha çox istifadə edilmiş, tarixi faktlardan söhbət açılmışdır.
Bu kitab bizləri tariximizi unutmamağa, mübarizə ruhumuzu artırmağa, döyüşkənliyə, bizdə düşmənə qarşı barışmaz ruh formalaşdırmağa, yaddaşsızlıq, ürəyiyumuşaqlıq kimi bəlalarımıza son qoymağa çağırır. Əksinə, dözümlülük, səbirlilik təbliğinin köləlik fəlsəfəsindən irəli gəldiyini bizlərə xatırladır.
Tarix: 14.03.2013 / 21:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 170 Bölmə: Kitablar elm