Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanca-Ərəbcə Lüğət

Vasim Məmmədəliyev, Vüqar Qaradağlı və Tərlan Məlikovun tərtib etdikləri bu lüğətə 35000-dən artıq leksik vahid daxil edilmişdir.

İstər tərtib prinsipi, istər həcmi, istərsə də əhatəliliyi baxımından Azər-baycan ərəbşünaslığı tarixində ilk təşəbbüs olan bu irihəcmli lüğətdən ərəb di4lini öyrənən hər bir kəs – orta məktəb şagirdləri, ali məktəb tələbələri, magistrantlar, doktorantlar, ərəb dili müəllimləri, tərcüməçilər, ərəb dilini müstəqil öyrənmək istəyən hər bir şəxs, habelə Azərbaycan dili ilə maraqlanan hər bir ərəbdilli əcnəbi istifadə edib bəhrələnə bilər.

Ərəb dili müqəddəs Qurani-Kərimin dili və bununla da bütün müsəl-manların bu və ya digər şəkildə işlətdiyi dil olaraq, olduqca geniş ərazidə ya-yılmışdır. Belə ki, ərəb ədəbi dili İraq, Suriya, İordaniya, Livan, Fələstin, İsrail, Misir, Sudan, Liviya, Tunis, Əlcəzair, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt, Çad, Mərakeş, Eritreya, Mavritaniya, Cibuti, Somali, Somalilənd, Qərbi Sahara, Komor adaları döv-lətlərində rəsmi statusa malikdir. Ərəb ədəbi dili Birləşmiş Millətlər Təşkila-tının, Afrika İttifaqının altı rəsmi dilindən biridir. İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqasının rəsmi dili də ərəb ədəbi dilidir. Ərəb dilinin bir çox, o cümlədən Misir, İraq, Suriya, Ərəbistan və Məğrib dialektləri də fəaliyyətdədir. Mövcud ərazi dialektləri öz fonetika, qrammatika və leksikası ilə biri digərindən fərqlənir. Lakin, bütün ərəb dövlətlərində, qeyd olunduğu kimi, dövlət dili, yəni rəsmi dairələrin, televiziya və radionun, dövrü mətbuatın, ədəbiyyatın dili ərəb ədəbi dili olaraq qalır ki, onun da məğzini Qurani-Kərim təşkil edir. Azərbaycanda ərəbşünaslığın kökü orta əsrlərə gedib çıxır. Müasir ərəbşünaslığın isə təşəkkülü və inkişafı dövrü XX əsrin ortalarına aiddir. Bu zaman kəsiyində Azərbaycan ərəbşünaslığı özünün kifayət qədər sanballı elmi inkişafı dövrünü yaşamışdır. Muxtar Əfəndizadənin “Miftah lisan əl-ərəb” dərs-li¬yindən (1947) çox keçməmiş, prof. Ələsgər Məmmədovun Avropa üslubunda tərtib olunmuş “Ərəb dili” silsiləvi dərslikləri özünü çox gözlətmədi (1958-ci ildən). Ərəbşünaslığın ərəb dili sahəsindəki zirvəsinə akademik Vasim Məm-mədəliyevin elmi əsərləri (“Bəsrə qrammatika məktəbi” (1983), “Ərəb dilçiliyi” (1985), “Ərəb dilində feilin zaman, şəxs və şəkil kateqoriyaları” (1978 (rus di¬lində) 1982), “Kufə qrammatika məktəbi” (1988)), ədəbiyyat sahəsində isə filologiya elmləri doktoru, prof. Aida xanım İmanquliyevanın elmi əsərləri (“«Qələmlər birliyi» və Mixail Nüaymə” (1975 (rus dilində), 2002), “Cübran Xəlil Cübran” (1975 (rus dilində), 2002), “Yeni ərəb ədəbiyyatının korifeyləri” (1991 (rus dilində), 2003)) çatdırmışdır. Ərəbdilli mənbələrin istifadəsinə görə tarix sahəsində akademiklər Ziya Bünyadov, Nailə xanım Vəlixanlı, tarix elmləri doktoru Sara xanım Aşurbəylinin, fəlsəfə sahəsində AMEA-nın müxbir üzvü Zakir Məmmədovun da adları xüsusi qeyd olunmalıdır. Ərəbşünaslığın lüğətçilik sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, H.Zərinəzadənin (1972), N.Məmmədov, T.Sadıqlı, N.Qasımovun (2007), R.Əli¬yevin (2007), A.Əlizadənin (2012) ərəbcə-Azərbaycanca lüğətləri işıq üzü görmüşdür. Respublikamızda Azərbaycanca-ərəbcə lüğət tərtibi sahəsində isə gözəçarpacaq dərəcədə əhəmiyyətli iş görülməmişdir. Yalnız onu qeyd etmək olar ki, 2010-cu ildə Təbrizdə “Azərbaycanca-ərəbcə lüğət” kitabı (tərtibçilər: BDU aspirantları T. Sadıqlı, N. Qasımov) nəşr edilmişdir.

Son dövrdə Azərbaycanın müstəqil bir dövlət kimi ərəb ölkələri ilə ictimai-siyasi, iqtisadi, mədəni əlaqələrinin genişlənməsi Azərbaycanda ərəb dilinə olduğu kimi, ərəblər arasında da Azərbaycan dilinə ciddi maraq oyan-masına səbəb olmuşdur. Azərbaycanın ali təhsil ocaqlarında yüzlərlə ərəb tələbə, magistrant və doktorantları təhsil alır. Belə bir şərait Azərbaycanca-ərəbcə lü¬ğətlərin tərtibini də zəruri edir. Mütəxəssislərə təqdim olunan hazırkı lüğət məhz bu zərurətdən doğ-muşdur. Lüğət, əsas etibarilə, ərəb dilini öyrənənlər üçün nəzərdə tutulub. Bu-nunla yanaşı, ondan Azərbaycan dilini öyrənən ərəbdillilər də faydalana bilər.

Lüğət 1 cilddən ibarətdir. Lüğətdə müasir danışıq dilində istifadə olunan 35000-ə yaxın müxtəlif söz, söz birləşməsi, ümumi səciyyəli hazır danışıq ştamp və istilahi birləşmələri bildirən leksik vahiddən ibarətdir. Bununla yanaşı, lüğətdə ayrıca coğrafi istilahlar da verilmişdir. Hər bir lüğət maddəsi iki hissədən ibarətdir. Birinci hissədə seçmə şrift ilə Azərbaycan leksik vahidi, ikinci hissəsi isə adi şrift ilə həmin leksik vahidin ərəb dilində işlənən ekvivalent/ekvivalentləri verilir. Ehtiyac olduqda, ikinci hissədə lazımi kontekst məlumat da verilir. Verilən kontekst məlumat Azər-baycan dili daşıyıcalırına ərəb dilinin sintaksisi, modallığı, söz ardıcıllığı, mən-tiqi vurğunun qoyuluşu, ərəb dilinə məxsus fikrin çatdırılma tərzinin isti¬fadəçi tərəfindən daha dərindən başa düşülməsinə xidmət edir. Eyni zamanda, ərəb dili daşıyıcılarına da həmin məlumat Azərbaycan dilindəki bu və ya digər leksik vahidin kəsb etdiyi mənaları haqda məlumatı əldə etməyə kömək edir.

Lüğət geniş istifadə dairəsi üçün hesablanmışdır. Belə ki, ondan tər¬cü-məçi, redaktor, elmi işçi, tələbələr və digərləri yararlana bilərlər. Bütün tən¬qidi mü¬lahizələri göstərilən ünvana göndərmənizi xahiş edirik: [email protected]

Azərbaycan Respublikası Təhsil Nazirinin 23.05.2012-ci il tarixli 887 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.


Tarix: 13.03.2013 / 21:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 624 Bölmə: Kitablar elm
loading...