Müjdələrdə nəql edilənlərə görə, İsa Məsih Özünü əksərən “Bəşər Oğlu” deyə adlandırmışdır. Bu ad bir neçə mənada şərh oluna bilər. Bir yandan, bəşər oğlu ifadəsi insanın fani və aciz olmasını vurğulayır[15]; digər yandan isə "Bəşər Oğlu" ifadəsinin imanlılar cəmiyyəti ilə bunun Başçısı olan Səmavi İnsanı özündə birləşdirən toplu bir obraz kimi işlənmə ehtimalı vardır[16]. Nəhayət, yəhudi ilahiyyatının İsgəndəriyyə məktəbində “Səmavi Adəm” olan Tanrının Oğlu-Loqos (Kəlam) fikri mövcud idi.[17] Beləliklə, “Bəşər Oğlu” çoxmənalı bir ifadədir. Bəşər Oğlu dedikdə, həm Xilaskar Məsih, həm də fani insan nəzərdə tutula bilər. İsanın Özünü məhz bu ad ilə adlandırmağa üstünlük verməsi də təsadüfi deyildir. Güman etmək olar ki, bunun səbəbi İsa Məsihin insanın azad iradəsinə zor gəlmək istəməməsidir. İsanın Məsih olub-olmadığını hər insan özü üçün qərarlaşdırmalı idi.
Məsih
İsa bircə dəfə Özünün Məsih olduğunu açıqca söyləmişdir.[18] Şagirdlərinə Onun Məsih olduğunu yaymalarını qadağan etmişdir.[19] Güman etmək olar ki, İsanın Məsih olduğunu sirr saxlamasının əsas səbəbi, xalqın arasında geniş yayılmış olan yanlış Məsih obrazı ilə bağlıdır. Yəhudilər Məsihin qüvvətli siyasi rəhbər olacağını umurdular.[20] Lakin həvari Peter İsaya “Sən Məsihsən” deyəndə, İsa onun sözləri ilə razılaşmışdır. Bundan elə nəticə çıxır ki, İsa “Məsih” sözünü başqa bir mənada, ruhani şəkildə anlayırdı. Xristian kilsəsi də İsa Məsihi siyasi rəhbər olaraq deyil, Xilaskar və səmavi Hökmdar olaraq qəbul etmişdir.
Tarix: 12.03.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 212 Bölmə: Kilseler