Apokrif kəlməsi “gizli”, “üstü örtülü” mənasına gəlir. Apokrifik yazı dedikdə, Kilsə tərəfindən qəbul edilməyən erkən xristian yazıları nəzərdə tutulur.[13]
Eramızın ilk əsrlərində Kilsə İsa Məsih haqqında yazılan müxtəlif kitabların arasından dörd Müjdəni seçib əsl İncil olduğunu, qalanlarını isə həqiqətə uyğun gəlmədiyini qərarlaşdırıb. Bu seçim sadəcə bir coğrafi bölgə ilə məhdud deyil idi, Qüds, Antakya, İsgəndəriyyə, Roma və b. yerlərdə mövcud olan xristianlar tərəfindən qəbul olunub. Kilsə apokriflərə qarşı mübarizə apardığı halda, onlar qorunub-saxlanmış və bir çox qədim dillərə tərcümə olunmuşdur.
Dörd kanonik Müjdələr ilə apokriflərin arasında ciddi fərqlər vardır.
II əsrə aid olan “Yaqub İncili” Həzrəti Məryəmin uşaqlığı, valideynləri haqqında mözücələrlə dolu rəvayətlərdən ibarətdir.
II əsrdə yazılmış “Foma İncili” İsa Məsihin uşaqlığından bəhs edir, Məsihi hər addımbaşı möcüzələr göstərən təkəbbürlü və sərt bir uşaq kimi təsvir edir. Şənbə günü gildən quş düzəldir və sonra insanların etirazları qarşısında əl çalır və o saat bunlar əsl quşlara dönüb uçmağa başlayır.[14]
Peter İncili, Məryəm İncili, Yəhyanın apokrifi, Matta, Yəhuda, Barnaba və b. apokrifik İncillərin ayrı-ayrı hissələri qorunub-saxlanıb.
Tarix: 12.03.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Kilseler