Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pasxa

Pasxa (ibrani dilində פֶּסַח pesax, yunan dilində πάσχα pasxa) – yəhudilərin və xristianların ən mühüm bayramlarından biridir. Pasxa bayramında yəhudilər Misir köləliyindən azadlığa çıxdıqlarını qeyd edirlər, xristianlar isə Xilaskar İsanın ölümdən dirilməsini yad edirlər.[1]Mündəricat
1 Pasxanın törənməsi
2 Pasxa Əhdi-Cədiddə
3 Pasxa xristian kilsəsində
4 Pasxanın keçirilməsi
4.1 Yəhudilərdə
4.2 Xristianlarda
5 Pasxa fərqli dillərdə
6 İstinadlar
7 Mənbə


Pasxanın törənməsi

Pasxa bayramı qǝdimdǝn ibrani xalqının Misirdǝn çıxışını yad etmǝk üçün yaz fǝslindǝ keçirilǝn bayram olaraq qeyd olunurdu. Allah Misirdə kölə olan xalqını azad etmək missiyası ilə Musa Peyğəmbəri göndərdi. Musa Peyğəmbər firondan xalqı buraxmasını dəfələrlə tələb etsə də, firon onları buraxmırdı. Allah Misirə on cəza göndərdi. Onuncu cəzadan sonra firon İsrail övladlarını buraxdı. Pasxa bayramı (Pesax) bu onuncu cəza ilə əlaqəlidir.

Onuncu cəza misirlilərin ilk övladlarının ölümü idi. İbrani dilindǝ pesax sözü "yanından keçmək" mǝnasına gǝlir. Bibliyada bunun mǝnası elǝ izah olunur ki, xalq Misirdǝn çıxan gecǝ misirlilǝrin ilk oğullarını öldürǝn məhvedici israillilǝrin evlǝrindən yan keçdi.[2]

Pasxa ilə birlikdə Mayasız Çörǝk bayramı qeyd edilirdi.[3] Xalq xatırlamalı idi ki, onların əcdadları Misirdən tǝlǝsik çıxdıqları üçün maya qatılmayan xəmirdən mayasız kökələr bişirmişdilər.[4]

Pasxa Əhdi-Cədiddə

Müjdələrə görə, xristianlıq üçün ən mühüm hadisələr – İsa Məsihin ölümü və dirilməsi məhz Pasxa bayramında baş verdi.[5] Bunun mənası İsanın quzu obrazı ilə izah oluna bilər. Yəhya Peyğəmbər İsa haqqında “Dünyanın günahını aradan götürən Allah Quzusu budur!” demişdir.[6] İsanın insanların günahları üçün qanını tökən qurban, Pasxa quzusu obrazında çıxış etməsi xristianlıqda köləlikdən (şeytana, günaha, bu dünyaya əsarətdən) azadlığa çıxması ilə, cəzadan xilas olması ilə bağlıdır.

Əhdi-Cədiddə Məsih Pasxa quzusu, möminin ürəyi də mayasız çörək kimi məcazi mənada şərh olunur: “Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız. Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi”.[7] Maya kin, pislik rəmzi olaraq, mayasız çörək də səmimi, riyasız mənasında başa düşülür: “Buna görə köhnə maya ilə, kin və pislik mayası ilə yox, amma səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək


Tarix: 12.03.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 339 Bölmə: Kilseler
loading...